17:17 / 19-03-2019
Nazarbayev istefaya getdi
Astrologiya siyasilərimizin sirrini açır
Tarix: 17-12-2018 16:17 | Bölmə: Slayd
Astrologiya siyasilərimizin sirrini açır

Hər ilin sonunda, yeni ilin hansı heyvan üstündə dəyişəcəyi maraqla qarşılanır. Əksər insanları hansı ildə, hansı bürc altında dünyaya gəlməsi, yeni ilin kimlər üçün uğurlu olacağı düşündürür. Təbii ki, astrologiya elmi var və müəyyən hesablamalarla öncədən hansı günün uğurlu, yaxud uğursuz olması əsrlər boyu sınaqdan keçirilib. Belə olmasaydı, minilliklərdən keçib gələn bu öncəhesablamalara inanmazdılar. Sözsüz ki, astroloji proqnozları ciddi qəbul etməyənlərlə yanaşı, əksəriyyət onunla yaxından maraqlanır.

Reyting.az
cəmiyyətdəki marağı nəzərə alaraq Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutan dövlət rəsmiləri və siyasətçilərdən bəzilərini dünyaya gəldiyi illər üzrə xarakterizə etməyə çalışıb. Bu zaman astroloqların illər üzrə hazırladıqlarından istifadə olunub:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Öküz ilində (1961-ci il) dünyaya gəlib.

Astroloqların hesablamalarına görə, bu illərdə dünyaya gələn insanlar dözümlü və etibarlı olurlar. Bəzi hallarda isə səbrsiz olur, özlərindən tez çıxırlar. “Öküz”ün qəzəbi sərhədlər bilməz, elə buna görə də onlar öz əsəblərini cilovlamağı bacarmalıdırlar.

Bu illərdə doğulanlar adətən az danışırlar. Amma danışmağı sevməyən “Öküz”lər danışarsa, nitqi ilə çoxlarının diqqətini çəkə bilərlər.

Öküz ilində doğulanlar üstün əqli və fiziki gücləri ilə fərqlənirlər. Onlar sadə görünsələr də, çox inadkar olur və sevgiyə yüksək qiymət verirlər.

“Öküz”ün nəzarətindəki illər: 1925, 1937, 1949, 1961, 1973, 1985, 1997, 2009, 2021...

Qaban ilinə dünyaya gələn dövlət rəsmisi Azərbaycanın Baş naziri Novruz Məmmədovdur. O, 1947-ci ildə anadan olub.

Bu işarə altında doğulan insanları digərlərindən fərqləndirən əsasən onların cəsur olmalarıdır. Bəzən canlarını belə qurban verməkdən qorxmurlar. Bir işi öhdələrinə götürür və bütün gücləri ilə irəli gedirlər - fikrindən dönməmək şərti ilə.

Qaban ilində doğulanlar yalnız düz yol tanıyar, düz yolla gedərlər. Çox dürüst və çalışqan olurlar. Dostlarını heç vaxt darda qoymurlar. Çox mütaliə edən, çox maraqlanan şəxslərdir.

Hirsli olurlar, amma dava və mübahisəni sevmirlər. Heç vaxt yaxınlarından uzunmüddətli küsmürlər. Bu onlara xas xüsusiyyət deyil.

Qaban illəri: 1923, 1935, 1947, 1959, 1971, 1983, 1995, 2007, 2019...

Milli Məcisin sədri Oqtay Əsədov Qoyun zodiakı (1955-ci il) altında dünyaya göz açıb.

Belə illərdə doğulan insanlar ilk baxışdan xoşbəxt görünüşləri ilə diqqət çəksələr də, əslində belə olmaya da bilər.

Onlar utancaqdırlar, pessimizmə meyllidirlər, sərbəst qərar verməkdə çətinlik çəkirlər. Adətən çox dindar olurlar. Onlardan nadir hallarda rəhbər çıxır, lakin işlərində diqqətlidirlər.

Bu insanlar bəzən pula həddən artıq qiymət verir və pul qazanmağa tənbəllik etmirlər. Sadə və şirindil olur, eyni zamanda tez əsəbləşir, hisslərini cilovlaya bilmirlər. İncəsənət sahəsində uğur qazanırlar.

Qoyun illəri: 1931, 1943, 1955, 1967, 1979, 1991, 2003, 2015, 2027...

Xarici işlər naziri Elmar Məmmədyarov Siçan ilində (1960) dünyaya gəlib.

Siçan ilində doğulan insanlar xoş görünüşə sahib olur, cazibədar, aydın məqsədli və zəhmətsevən olurlar. Hər zaman sərvət yığmağa cəhd edir, yorulmaq bilmirlər. Həddən artıq qənaətcil olurlar, pullarına qənaət etməyi bacarırlar. Eyni zamanda əliaçıqdırlar, ehtiyacı olana yardım əllərini uzadırlar. İşlərində çox səliqəli olurlar. Şöhrətpərəstdirlər, qarşılarına məqsəd qoyub irəliyə doğru addımlayandırlar. Bütün bunlara baxmayaraq, məntiqsiz olurlar, tez hirslənirlər. Qeybətə meyillidirlər.

Siçan illəri: 1924, 1936, 1948, 1960, 1972, 1984, 1996, 2008, 2020...

Milli Məclisin keçmiş rəhbəri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Xoruz ilində (1957) dünyaya gəlib.

Bu işarə altında doğulan insanlar əməyi sevir, öz işlərini həmişə asanlıqla yerinə yetirməyi bacarırlar. İstənilən işi öhdələrinə götürüb başa çatdırırlar, hətta bu işə gücləri çatmasa belə, yenə də bezmirlər, sona qədər gedirlər. İnsanlarla dərhal ünsiyyət qura bilmirlər. Həqiqəti sevirlər, həqiqət üzrə mübarizə aparırlar və çox vaxt haqlı çıxırlar.

Təbiətcə utancaq olan bu insanlar çox vaxt təkliyə üstünlük verirlər. Onlar adətən maraqlı insan olur, daima yeniliklər düşünüb yaradırlar.

Bu işarə altında doğulanlar dərin düşüncəli olurlar. Bəzən eqoistlik eləsələr də, həddindən artıq düzgün seçimlər etməyi bacarırlar.

Xoruz illəri: 1921, 1933, 1945, 1957, 1969, 1981, 1993, 2005, 2017...

KXCP sədri Mirmahmud Mirəlioğlu (1956) Meymun ilində dünyaya göz açıb.

Bu işarə altında doğulan insanlar ağıllıdırlar, cəlddirlər, ixtiraçıdırlar, orijinaldırlar. Ən mürəkkəb məsələni asanlıqla həll etməyi bacarırlar, lakin bununla bərabər etibarsız və ziddiyətli olurlar. Onlar hər nə oldusa, onu dərhal bilmək və öyrənmək istəyirlər, səbrsiz olmaqla yanaşı hər şeylə maraqlanırlar. Ən yüngül maneə belə onların əhval-ruhiyyələrini tez korlayır, hər hansı bir planlarını onların gözündən asanlıqla sala bilir.

Onlardan bir çoxu qərarsızlıqları ilə digərlərdən fərqlənirlər. Amma bəziləri düzgün qərar qəbul edir, sağlam düşüncəyə malik olurlar. Əgər maneə yaratmasalar, çox şöhrətli olur və yüksək vəzifə sahibinə çevrilməyi bacarırlar.

Meymun illəri: 1920, 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016...

ReAL sərdi İlqar Məmmədov İt ilində (1970) ildə doğulub.

Astroloqlar bildirir ki, bu insanlar doğrudurlar, onlara etibar eləmək olar, sirr saxlamağı bacarırlar. Bəzən eqosit olsalar da, çalışqandırlar, bir çox hallarda inanılmaz dərəcədə tərs olurlar. Heç vaxt mal-dövlət hərisi olmurlar, amma pulları həmişə var. Daima mübarizə aparırlar və nə dərəcədə düzgün olduqlarını yaxşı bilirlər. Həmişə ədalət tərəfdarı olurlar. Bir işi başlayıb sona kimi gedir və qələbə çalırlar.

İt ilində dünyaya gələnlər çox gözəl iş adamı olur, vəzifələrini layiqincə yerinə yetirirlər. Əsasən ən yaxşı insani keyfiyyətlərə malik olurlar.

İt illəri: 1922, 1934, 1946, 1958, 1970, 1982, 1994, 2006, 2018...

Müsavat Partiyasinin başqanı Arif Hacılı Pələng ilində (1962) anadan olub.

“Pələng”lər düşünməyə meyilli, həssas və çox əsəbi olurlar. Çox vaxt müdiriyyətlə, özündən böyüklərlə münaqişəyə girirlər. Tez-tələsik qərara gəlir, bəzən bunun əziyyətini çəkirlər. Bir sözlə, onlar cəsarətli və güclü insanlardır. Bu xüsusiyyətləri ilə həmişə fərqlənirlər. Bəzən yaxındakını uzaq, uzaqdakını yaxın görürlər.

Sevgi onlar üçün bir əhəmiyyət kəsb eləmir. İşgüzar olurlar, işlərində düzgünlüyü sevirlər, bəzən şairlik istedadları da olur, seirlər və maraqlı yazılar yazırlar.

Pələng illəri: 1926, 1938, 1950, 1962, 1974, 1986, 1998, 2010, 2022...

Azərbaycan Liberal Partiyanın lideri Lalə Şövkət Dovşan ilində (1951) dünyaya göz açıb.

Bu insanlar şöhrətpərəst, istedadlı və parlaq gələcəyə malik olurlar. Öz səxavətləri ilə həmişə fərqlənirlər, fərqlənməkləri ilə fəxr edirlər. Ümumilikdə onlara daima heyran olurlar, insanları özlərinə cəlb etməyi bacarırlar. Maddi vəziyyətləri daima qaydasında olur, bədxərclik eləmirlər. Bu insanlar bəzən qeybətləşməyi sevsələr də, bu halda da nəzakətli olurlar və qəddar deyillər.

Bu işarə altında dünyaya göz açanlar zərifdirlər, sevdiklərinə çox nadir hallarda bağlanırlar. Demək olar ki, heç vaxt özlərindən çıxmır, çox gözəl işgüzar keyfiyyətlərə malikdirlər.

İnsaflıdırlar və bəzən görəcəkləri işi, ürəkdən istəməsələr belə, məcburən edirlər. Onlardan əla oyunçu çıxa bilər, amma onlar mühafizəkardır, ehtiyatlı insan olaraq nadir hallarda oyun oynayırlar.

Dovşan illəri: 1927, 1939, 1951, 1963, 1975, 1987, 1999, 2011, 2023...

Milli Şura sədri Cəmil Həsənli Əjdaha zodiakı altında (1952) dünyaya gəlib.


Bu insanlar düzgün düşünürlər, enerjili və səbrli olurlar. Adətən çox sağlamdırlar. Dürüst, emosional, qətiyyətlidirlər, onlara etibar eləmək olar. Bəzən özbaşınalıqları ilə fərqlənirlər. Daima fikirlərini qiymətləndirməyi bacarırlar.

Onlar bacarıqlı, pul qazanan olsalar da, amma pul hərisi deyillər, pul hərisi olanları da sevmirlər. Bir sözlə, ətraflarında belə insanlara yer yoxdur.

Ailə qurmağı tez planlayırlar. Ətrafındakıların onları sevməsindən daima istifadə edirlər.

Əjdaha illəri: 1928, 1940, 1952, 1964, 1976, 1988, 2000, 2012, 2024...

AXCP sədri Əli Kərimli İlan ilində (1965) dünyaya gəlib.

Bu insanlar doğuluşdan müdrik olurlar və çox danışmazlar. Onların işləri həmişə əla gedir, amma xəsis olurlar. Bəzən eqoist və şöhrətpərəstdirlər. Özlərinin aktiv iştirakı ilə daha çox uğurlar əldə edə bilərlər. Başqalarının fikirlərinə inanmadan, yalnız özünə güvənərək irəliləyirlər. Öz uğursuzluqları ilə narahat olurlar və qətiyyətli bir addım atıb uğur əldə etməyi bacarırlar.

Bu işarə altında dünyaya gələnlər zahirən sakit, amma təbiətcə ehtiraslı olurlar. Adətən xarici və daxili cazibədarlıqları ilə fərqlənirlər ki, bəzən onları başqalarının gözü götürmür.

İlan illəri: 1929, 1941, 1953, 1965, 1977, 1989, 2001, 2013, 2025...

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu At ilində (1954) anadan olub.


Bu insanlar pulu çox sevir və şən olurlar. Bu işarə altında doğulanlar çox vaxt məşhur insana çevrilirlər. Ağıllıdırlar, diqqətlidirlər, hərçənd ki, çoxdanışan olurlar. Onlar istedadlıdırlar, hər şey onlarda asanlıqla düzəlir, parlaq geyimləri və sərbəstlikləri ilə diqqət çəkə bilirlər. Özlərinə inanandırlar, özlərinə qiymət verə bilirlər və (kişilərə) qadınlara laqeyd olmurlar. Güclü və ehtiraslı olurlar. Əyləncələri və böyük yığıncaqları sevirlər, diqqət mərkəzində olmağı xoşlayırlar. Çox müstəqildirlər və bu halda şəxsi mülahizəyə görə hərəkət edərək nadir hallarda məsləhətlərə qulaq asırlar.

At illəri: 1930, 1942, 1954, 1966, 1978, 1990, 2002, 2014, 2026...скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
11-03-2019, 09:37 Hitlerin son müsahibəsi

{sape_links}{sape_article}