16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Pəncərədən pul tullayan iş adamı tutuldu
Tarix: 18-12-2018 11:18 | Bölmə: Cəmiyyət
Pəncərədən pul tullayan iş adamı tutuldu

Honkonqda şəhərin ən yoxsul rayonunda pəncərədən pul tillayan kişi həbs olunub.

Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, kişi dəbdəbəli avtomobilindən düşəndə yaxalanıb.

Sosial şəbəkələrdə yayılan videolarda Kouluna rayonundakı binadan uçuşan 100 dollarlıq əskinaslar görünür. Kütlə həmin vaxt pulları tutmağa cəhd edib.

Kişi buna qədər bahalı maşınından düşərək yoldan keçənlərdən onların göydən pul düşəməsinə inanın-inanmadıqlarını soruşub.

Məlumata görə, biznesmen Vonq Çinq-kit bu hoqqanı kriptovalyutanın irəliləməsi naminə çıxarıb. O, özünün saxlanılmasını Facebook-un birbaşa efirində yayımlayıb. Onun polis məntəqəsinə gətirildiyi məlum olub.

“Məni cinayət tədqiqatları idarəsi həbs edib”, - Vonq gülümsəyərək kameraya deyib.

Baş müfəttiş kevin Çonq Kiu-vay deyib ki, Vonq ictimai yerdə xuliqanlığa görə saxlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}