16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ağ ev Fəthullah Gülənin ekstradisiyası xəbərini təkzib edib
Tarix: 18-12-2018 17:43 | Bölmə: Siyasət
Ağ ev Fəthullah Gülənin ekstradisiyası xəbərini təkzib edib

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bu ölkədə yaşayan müsəlman din xadimi Fəthullah Gülənin ektradasiyasını vəd etməyib.

Reyting.az bildirir ki, bu açıqlama Ağ evdən verilib.

“Prezident Ərdoğanla G20 sammitində görüş zamanı prezident Fəthullah Gülənin ekstradasiyası ilə bağlı öz üzərinə öhdəlik götürməyib”, - Ağ evin yüksək vəzifəli məmuru “Amerikanın Səsi”nə söyləyib.

Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib ki, ABŞ prezidenti Donalt Tramp bu ölkənin lideri Rəcəb Tayyib Ərdoğana Vaşinqtonun Gülənin ekstradasiyasının mümkünlüyünə baxdığını bildirib.

Ankara Güləni 2016-cı ildə dövlət çevrilişinə cəhdin təşkilində ittiham edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}