17:17 / 19-03-2019
Nazarbayev istefaya getdi
Cəmiyyət sədri deputatın ittihamları ilə razılaşmır: “Problem İlham Rəhimovdan qaynaqlanmır”
Tarix: 25-12-2018 17:43 | Bölmə: Slayd
Cəmiyyət sədri deputatın ittihamları ilə razılaşmır: “Problem İlham Rəhimovdan qaynaqlanmır”

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin dekabrın 7-də keçirilən plenar iclasındakı çıxışında Rusiyadakı azərbaycanlı iş adamı, hüquq elməri doktoru İlham Rəhimova qarşı ittihamlar irəli sürüb.

S. Novruzov, ölkəmizdə Rusiya prezidenti Putinin tələbə yoldaşı kimi tanınan professor İ. Rəhimov haqqında deyib ki, həmin şəxs iki gündən bir müsahibə verərək, Azərbaycan-Rusiya münasibətlərindən danışır və deputatları ittiham edir:

“Deyir ki, Rusiya ilə əlaqələrin qurulması üçün çoxlu şeylər edib. Biz parlament üzvləri olaraq hər kəsin fəaliyyəti ilə yaxından tanışıq. O, iki dəfə deputat seçilmək üçün namizədliyini verdi, heç 3 faiz də səs toplamadı.

Bu adam Rusiyada yaşayır. İndiyə kimi Rusiya mətbuatında onun Azərbaycanın problemləri ilə bağlı hansısa yazısını görmüsünüzmü? Özünü cinayət hüququ üzrə professor adlandırır. İndiyə kimi xalqımıza edilən cinayətlərlə bağlı hansısa araşdırmalar aparıb ortaya qoyub ki?

Deyir ki, Milli Məclisdəkilər məni tanımırlar. Biz hər kəsi yaxşı tanıyırıq, o cümlədən də onu”.

Deputat çıxışında Azərbaycanı sevməyən qüvvələrdən də danışıb. Bildirib ki, Azərbaycanın uğurları artdıqca, ölkəmizi sevməyən qüvvələr, erməni lobbisi ilə maliyyələşənlər Azərbaycan haqqında mənfi fikirlər formalaşdırmağa başlayırlar: “Biz addımımızı geri qoyduqca, onlar bir az da məsələnin üzərinə gəlirlər. Kanalları, saytları açdıqca görürük ki, bu gün dövlət quruculuğunda, inkişafında, ölkənin təhlükəsizliyinin qorunmasında, ictimai-siyasi sabitlikdə dövlətimizin qurucusu Ümummilli lider haqqında təhqiramiz fikirlər söyləyirlər. Biz niyə susmalıyıq? Bir qrup deputat hesab edir ki, onlara cavab verməklə onların səviyyəsinə düşəcək. Bu “mahnını” 20 ildir ki, parlamentdə eşidirəm. Kim söz demək istəmir, bu bəhanə ilə sözün altından çıxmağa çalışır”.

Cəmiyyət sədri deputatın ittihamları ilə razılaşmır: “Problem İlham Rəhimovdan qaynaqlanmır”

S. Novruzov
deyib ki, Milli Məclisdə oturan deputatlar təhqir olunur və buna görə cavab vermək 3-5 adamın adına yazılmayıb: “Ziyalı, alim, akademik, sıravi deputatların hər biri onlara cavab verməli, dövlət başçısını, Ümummilli liderini qorumalıdır. Biz onları başlı-başına buraxmışıq. Onlar nə milli azadlıq hərəkatında olub, nə döyüşlərdə iştirak edib, nə də xalqın taleyüklü məsələlərində fəaliyyət göstəriblər. Müxtəlif fikirlərlə aradan çıxıb, xaricdə Azərbaycana qarşı təxribat aparırlar”.

Hüquq-mühafizə orqanlarına müraciət edən S. Novruzov söyləyib ki, bir aylıq monitorinq aparıb nəticəni aidiyyatı strukturların qarşısına qoysunlar.

Reyting.az-ın xəbərinə görə, millət vəkilinin bu ittihamına Rusiyadakı azərbaycanlıların cavabı özünü çox gözlətməyib. Moskvada fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri, Rusiya Xalqlar Dostluğu Universitetinin Beynəlxalq hüquq kafedrasının dosenti Oktay Hüseynov YAP-çı millət vəkilinin parlamentdə səsləndirdiyi fikirlərə sosial şəbəkələrdə etirazını bildirib. O. Hüseynov qeyd edib ki, S. Novruzovun Rusiyada yaşayan azərbaycanlı iş adamlarına, xüsusən də həmin ölkədə azərbaycanlı adını yüksəkliklərə qaldıran, soydaşlarımızın problemlərinin həllində öz köməyini əsirgəməyən hüquq professoru İlham Rəhimova qarşı yönəlmiş fikirləri əsassızdır:

“Cənab Novruzov bundan xeyli əvvəl də Rusiyada yaşayan tanınmış iş adamlarımızın ünvanına birmənalı qarşılanmayan ittihamlar səsləndirmişdi. Məsələn, onun Prezident İlham Əliyevə dost və sadiq olan, Rusiya azərbaycanlılarının fəxr etdiyi Araz Ağalarov və İsgəndər Xəlilov kimi nüfuzlu və tanınmış iş adamlarını kəskin tənqid etməsini mən qətiyyən bəyənməmişdim. Doğrudur, mən o zaman Siyavuş müəllimin hörmətli soydaşlarımızın ünvanına səsəndirdiyi fikirlərinə cavab verməmişdim. Amma bu dəfə onun ittihamlarına cavab vermək istəyirəm”.

Cəmiyyət sədri deputatın ittihamları ilə razılaşmır: “Problem İlham Rəhimovdan qaynaqlanmır”

Oktay Hüseynov Rusiyadakı diasporamızın və xüsusilə də iş adamlarının fəaliyyətsizliyini İlham Rəhimovda axtaran millət vəkilinin diqqətinə çatdırır ki, bu ölkədəki iş adamlarının Azərbaycan naminə çalışmamalarının səbəbkarı vaxtilə ÜAK rəhbərliyində oturanlar olub: “Halbuki onlar daim Azərbaycan hökumətinin maddi və mənəvi dəstəyini alırdılar, iş adamlarımız da bu təşkilata həmişə maddi dəstək olublar. ÜAK rəhbərliyində təmsil olunanlar sadəcə, heç bir iş görməməklə nüfuzlu ziyalıların, tanınmış iş adamlarının təşkilatdan kənarda qalmasına səbəb oldular.

Ümumilli lider Heydər Əliyevin uzaqgörənliklə yaratdığı və Prezident İlham Əliyevlə Prezident Vladimir Putinin qurultayında iştirak etdiyi böyük təşkilatın Ulu öndərin vəfatından sonrakı fəaliyyətsizliyi heç kimi (həm də YAP rəhbərliyində təmsil olunan millət vəkilini) maraqlandırmadı. ÜAK-ın ətrafında toplaşmış nüfuzlu ziyalılar və iş adamlarının təşkilatdan uzaqlaşması səbəbindən diaspora fəaliyyətimiz sıfıra enməyə başladı”.

O. Hüseynov diqqətə çatdırıb ki, fəaliyyətsizliyinə görə ÜAK rəhbərliyini bütün qurultay və iclaslarda tənqid edib: “Yəni təşkilatın fəallığının arıtırılması üçün daha fəal çalışmaq, problemlərdən xilas olmaq yollarını göstərən çıxışlarımdan nəticə çıxarmadılar, real işlər görülmədi. Yekunda isə illik hesabatını verə bilməyən ÜAK bağlandı.

Mən çıxışlarımda bu fikri həmişə qeyd edirəm ki, Qarabağ torpaqlarını Azərbaycan dövləti olaraq yox, Azərbaycan diasporası olaraq uduzmuşuq. Hələ Sovetlər dönəmində bədnam qonşularımızın Moskvadakı nümayəndələri lobbiçilik edərək öncə Sovet rəhbəri Qorbaçovu, sonra isə Rusiya rəhbəri Yeltsini ələ alaraq onların hərbi-siyasi dəstəyi sayəsində torpaqlarımızın 20 faizinin işğal edilməsinə nail oldular. Bu gün ABŞ-da Ermənistanı dəstəkləyən 300 senator və konqresmenin olması, əslində Ermənistan hökumətinin deyil, orada yaşayan erməni diasporunun fəaliyyətinin nəticəsidir.

Lobbiçilik fəaliyyəti məqsədilə Ulu öndər tərəfindən yaradılmış federal təşkilatımız olan ÜAK isə lobbiçilik etmək səviyyəsinə qalxa bilmədi, bu məqsədə çatmaq üçün heç bir iş görmədi və adi illik hesabatı verməmək səbəbilə biabırcasına bağlandı. ÜAK-ın biabırçı sonluğunun bir səbəbi də vətənpərvər Siyavuş müəllimin təşkilatda baş verənlərə etinasız yanaşması idi.

Axı Siyavuş müəllim ən azından vəzifə borcu olaraq YAP-ın ən azı bir iclasını diasporamızın problemlərinə həsr edə bilərdi. Diasporamızın güclü olmasını istəyən ziyalılarımızı, iş adamlarımızı, eləcə də ÜAK-dan uzaqlaşdırılan fəallarımızı həmin toplantıya dəvət edib müzakirələr nəticəsində nöqsanları aradan qaldırmaqla diasporamızın və ÜAK-ın bugünki ağır duruma düşməsinin qarşısını almaq olardı”.

O. Hüseynov qeyd edib ki, problemin digər səbəb isə vaxtında professor İ. Rəhimovu ÜAK-ın rəhbərliyinə gətirib onun potensialından istifadə etməməkdir:

“Əgər vaxtında cənab Rəhimovu bu proseslərə cəlb etsəydik, ÜAK rəhbərliyinə gətirsəydik və görsəydik ki, diaspora təşkilatımız yenə də fəaliyyətsizdir, bax, mən o zaman Siyavuş müəllimin ittihamları ilə tam razı olardım.

Yeri gəlmişkən, disaporamızın bugünki durumuna görə hər birimiz günahkarıq - ziyalıdan tutmuş iş adamına qədər. Bu barədə sosial şəbəkələrdə dəfələrlə yazırıq, tənqid edirik və bu işləri görmək hər bir vətənpərvər insanın borcudur.

Sonda bir vacib məqamı da qeyd etmək istəyirəm. Mənim fikrimcə, cəmi bircə dəfə olsun belə öz həmkarları ilə Rusiyaya gəlib, hətta səyyar iclas formasında diasporamızla təmasda olmayan və dəstək verməyən Siyavuş müəllimin Rusiyadakı iş adamlarını tənqid etməyə mənəvi haqqı yoxdur”.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
11-03-2019, 09:37 Hitlerin son müsahibəsi

{sape_links}{sape_article}