Dağlıq Qarabağ münaqişəsi yenidən kəskinləşəcək - Politoloq
Tarix: 02-01-2019 20:47 | Bölmə: Slayd
Dağlıq Qarabağ münaqişəsi yenidən  kəskinləşəcək

Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi nə vaxtsa yenidən baş verəcək, amma nə vaxt baş verəcəyini əvvəlcədən demək çox mürəkkəbdir.

Reyting.az
xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, Hərbi-Siyasi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin Ermənistan mediasına bəyan edib.

Xramçixin fikrincə, bu, həm xarici, həm də daxili amillərdən asılı ola bilər. Məsələn, Ermənistanla Rusiya arasındakı münasibətlərdən.

Ekspert bu münasibətlərdə “mötədil böhran” hökm sürdüyünü və Kremlin Ermənistanın indiki hakimiyyətinə münasibətinin yaxşı olmadığını deyib. Onun fikrincə, Ermənistanda hər şeyin qaydasında olmaması Bakı üçün əlverişlidir.

Dağlıq Qarabağ münaqişəsi yenidən  kəskinləşəcək

Xramçixin qeyd edib ki, hərbi əməliyyatların, əsl müharibənin başlanmasına dair qərar vermək üçün həddən artıq məsələlər həllini tapmalıdır: “Çünki Bakı növbəti dəfə uduzmağı özünə rəva görə bilməz. Mən 2016-cı ildəki həmin mini-müharibəni nəzərə almıram. Ona görə də Bakı nəhayət qərar vermək üçün çox ciddi düşünüb-daşınacaq”.







Bölməyə aid digər xəbərlər
5-01-2019, 21:19 Tramp dünyanı aldadıb