Diktator Mao - O, hətta ağır səhra şəraitində də qızlarla əhatə olunub - Fotolar
Tarix: 03-01-2019 14:27 | Bölmə: Slayd
Diktator Mao - O, hətta ağır səhra şəraitində də qızlarla əhatə olunub

Çinin diktatoru Mao Tsedun çox maraqlı şəxsiyyət idi. Bir tərəfdən bolşevik mədəniyyətinin tezislərini mənimsəmiş alovlu inqilabçı, digər tərəfdən şüurlu ənənəçi idi.

O, klassik Çin tərzində şeirlər yazırdı, Çin tarixi mətnlərini yaxşı bilirdi, xəttatlıqla məşğul olurdu.

Maonun həyatından məlum olanlardan biri də budur. Məsələn, onun həkiminin xatirələrində göstərilir ki, hətta ağır səhra şəraitində həmişə qızlarla əhatə olunub.

Diktator Mao - O, hətta ağır səhra şəraitində də qızlarla əhatə olunub

Yeri gəlmişkən, bu çox diqqətəlayiq haldır: avropalılar üçün müharibə, yürüşlər – bunlar böyük çətinlikdir, ona görə ki, bu zaman qadınların fiziki gücü çatmır. Çinlilər üçün isə əksinə, belə şəraitdə onlardan enerji alırlar. Yoldaş Mao həyatının sonunda tam mənası ilə qızlarla əhatə olunub: onlar onun enerjisini qaldırmaq üçün masaj edirdilər.

“O, ehtirasla, huşunu itirənə qədər oxumağı sevirdi. Kitabxanası, kabineti, yataq otağı – hər yerdə kitab var idi. O, harasa gedirdisə, yük yerində az şey olurdu, amma taxta yeşiklərdə kitablarını özü ilə götürürdü. Burada o, həqiqətən, necə deyərlər, kitablardan ayrılmayıb, yəni həmişə kitabların arxasında oturub. O, yeyəndə, saçlarını kəsdirəndə, yatağına girəndə də kitab əlindən düşmürdü. O, çox hərəkət etmirdi: maksimum 10 dəqiqə həyətdə gəzişirdi, hərdən şənbə günləri rəqs edirdi. O, siqaret çəkirdi. Demək olar ki, siqaret damağından düşmürdü; o, gecə-gündüzü tüstü buludunda keçirirdi; o, həmişə tünd çay içirdi. O, çox az yatırdı; normal həyat tərzi yox idi. O, çox az yeyirdi, yeddi-səkkiz saatda bir dəfə, hətta 10 və daha çox saatdan bir yeyərdi”, - Çin liderinin şəxsi həkimi onu belə təsvir edirdi.

Maonun yaşadığı ev

Diktator Mao - O, hətta ağır səhra şəraitində də qızlarla əhatə olunub

Varlı torpaq sahibinin süni gölün ətrafındakı bir neçə birmərtəbli geniş evləri vardı. Divarları gildən, damı kirəmitlə örtülmüşdü – Mao uşaqlıqdan ömrünün sonunadək məişətə münasibətdə sadə insan kimi qalmışdı. Ömrünün birinci hissəsi: anadan olandan 1949-cu ilədək – Çin Xalq Respublikası qurulandək – o, əsasən əyalətdə yaşayıb və yalnız son 26 ilini şəhərdə keçirib.

Mao dövlət başçısı olandan sonra bağ evində yaşayıb. O, əvvəlcə Pekində İxeyuan yay imperator sarayına yerləşib, sonra Pekinin yaxınlığındakı Syanşen (“Ətirli dağlar”) Şuantsin bağ evinə köçüb. Ən çox onun xoşuna Xançjoudakı Sixu gölünün sahilindəki bağ evi gəlirdi. O, orada ümumilikdə bir neçə il keçirib.

Siyasətçi 1960-cı illərin əvvəlində Qadağan edilmiş şəhərə – keçmiş qış imperator sarayının ərazisinin bir hissəsinə keçib. Mao bu zaman sarayın digər hissəsində - Çjunnanhaya (burada Çin Xalq Respublikasının bütün ali rəhbərliyi yaşayıb və işləyib) yerləşərək imperatorun otaqlarını zəbt etmək istəməyib.

Diktator Mao - O, hətta ağır səhra şəraitində də qızlarla əhatə olunub

Yayda Böyük rəhbər çox vaxt Sarı dənizin sahilindəki Beydayxe kurortunda yaşayıb. Orada ənənəvi olaraq partiya rəhbərlərinin əyləndiyi bütöv bir bağ evi şəhərciyi yaranıb. Mao ətrafı hasarlanmış, onun üçün xüsusi ayrılmış ərazidəki birmərtəbəli evə yerləşirdi. Ərazi diqqətlə mühafizə olunurdu.

Maonun evini ölkəni gəzib dolaşdığı xüsusi qatar da saymaq olardı. Bu xüsusi heyətdə xidmət personalı üçün vaqonlar da olub: katiblər, mühafizə, qulluqçular. Vaqonlar Almaniya Demokratik Respublikasında hazırlanırdı. Şahidlər xatırladırdılar ki, almanlar çinlilərin dövlət başçısı üçün salonun daxili görünüşünü nə dərəcədə dürüst seçdiklərindən təəccüblənirdilər: onlar alman inşaatçılara divarlara necə qumaş çəkmək göstərişi verirdilər. Maonun istəyinə uyğun olaraq ayaqyolu da tikilmişdi. Orada əsas atribut stol idi, çünki dövlət başçısı heç yerdə kitablardan və sənədlərdən ayrılmırdı.

Başçı üçün maşınlar

Başçı qatardan başqa, maşınlarla hərəkət etməyi sevirdi. Böyük rəhbəri və digər yüksək vəzifəli partiya rəhbərlərini aparan “Qırmızı bayraq” markalı ilk Çin limuzinləri Pekindəki şəxsi muzeylərdən birində satışa çıxarılıb. “Qırmızı bayraq” markalı ilk avtomobil 1958-ci ildə buraxılıb. O, demək olar ki, Amerikanın “Chrysler”inin tam oxşarı idi.

Diktator Mao - O, hətta ağır səhra şəraitində də qızlarla əhatə olunub

Maonun maşınında quraşdırılan mürəkkəb mexanizm bayramlar zamanı fərəhli xalqa əlini yelləyən dövlət başçısının görünməsinin mümkün olması üçün oturacağının lazım olan səviyyəyə qaldırılmasına imkan verirdi.

Yeri gəlmişkən, ilk “Honqgi” markalı avtomobili yalnız Çinin ali partiya rəhbərliyinin deyil, həm də xarici məmurların rəsmi karvanlarında yer alıb. Məsələn, belə maşında birinci dəfə gedənlərdən biri 1972-ci ildə Çinə tarixi səfəri zamanı ABŞ prezidenti Riçard Nikson olub.

İnsan deyildi

Şayiələr gəzirdi ki, digərlərindən fərqli olaraq Maonun sutkada beş, bəzən isə dörd saat yatması lazım idi. Çin liderinin yuxusu çox pis idi, çox vaxt yuxugətirici qəbul etməli olurdu. Onun şəxsi həkimi Li Çjisuyanın xatirələrinə görə, rəhbər bir neçə sutka yatmaya bilərdi, sonra 10-12 saat yuxuya gedərdi. Maonun qəribə rejimi vardı, o, tez-tez gecələr işləyir, gündüzlər istirahət edirdi.

Bəzi xatirələrdə dahi rəhbər barəsində deyilir ki, o, yalnız aclıq hissi yarananda hərdənbir nəsə yeyirdi. Yeməyi çox sadə idi. Təzə tərəvəzlər, sərt düyü növləri. Rəhbərin sevimli xörəkləri soya sousunda donuz əti, təzə karp və odda qurudulmuş istiot sayılırdı. O, adətən tək, kifayət qədər tez və demək olar ki, kitabdan ayrılmadan yeyirdi. O, istənilən yerdə qidanı qəbul edə bilərdi: bunun üçün yeməkxana tələb olunmurdu, alətlər və digər şeylər Böyük rəhbər üçün vacib deyildi. Spirtli içkilərdən üzüm şərabına və brendiyə (arağa) üstünlük verirdi.

Lakin digər mənbələr təsdiq edir ki, müxtəlif hesablamalara görə, 50 milyon çinlinin aclıqdan öldüyü Böyük sıçrayışın təşəbbüskarı burjua qastromoniya şakəri olub. Onun sevimli yeməyi xüsusi reyslə Pekinə bütün ölkə ərazisindən gətirilirdi. Paytaxtdan 600 kilometrlik məsafədə yerləşən Uxan şəhərindən diri balığı çay suyu ilə dolu xüsusi paketlərdə daşıyırdılar. Bundan əlavə, bağlamanın yanında balıqların oksigenlə təmin edilməsinə məsul bir nəfər olurdu. O vaxt adi çinlilər üçün balıq əti nadir delikateslərdən idi. Aclıq zamanı xalqla son tikəsni bölməyi and içən Mao öz menyüsünü dəniz məhsulları, toyuq, mal, qoyun və donuz ətindən seçirdi.

Mao öz təhlükəsizliyi üçün də çox narahat olurdu. Mühafizə onu qorumaqla nə gecə, nə də gündüz gözünü yummurdu. Tibb bacılarından ibarət bütöv ştat, şəxsi həkimlər və aşpazlar daim yanında olurdu.

Maonu bir qayda olaraq 100 nəfər qoruyurdu. Onları bu meyarlara görə seçirdilər: ilk növbədə onların arasında iki həmvətən olmamalı idi, gənc insanlar möhkəm olmalıydılar, sağlamlığı və qətiyyətləri ilə seçilməli idilər. Bunlar əsasən savadsız, yaxud azsavadlı kənd sakinləri olmalı idi. Sonralar rəhbər onlara təhsil verməyə, ən azı yazıb-oxumağı öyrənmələrini qərara alıb. Onlardan ötrü xüsusi axşam məktəbləri yaradırlar. Nəticədə döyüşçülər ibtidai və nataman orta məktəbi başa çatdırıblar. Onların bir neçəsi universitetə də daxil olub.

Çin lideri özü də çox vaxt onlarla söhbət edirdi. Onlar işləri barədə səmimi danışırdılar, Mao hətta onlara seksual həyatla bağlı məsləhətlər verirdi, həkim Li yazırdı. Lakin onlara daha çox Çin tarixi və poeziyası haqda danışmağı sevirdi.

Rəhbər onların çoxunu yerlərdəki real vəziyyəti yoxlamaq üçün istifadə edirdi. Zaman-zaman mühafizəçilərə qısamüddətli məzuniyyət verilirdi ki, onlar doğma yerlərinə gedib, qohumları ilə görüşsünlər. Onlar qayıtdıqdan sonra dövlət başçısına vətənlərindəki vəziyyət barədə yazılı və şifahi hesabat verirdilər.

Diktator Mao - O, hətta ağır səhra şəraitində də qızlarla əhatə olunub

Maonun cangüdənlərini xüsusi diqqətlə seçirdilər. Onlar həm zahirən, həm də daxilən onun xoşuna gəlməli idilər. Onların hamısı, eyni zamanda gənc olmalı idilər. Yaşlanan mühafizəçilər yerlərini digər döyüşçülərə verir, özləri ictimai təhlükəsizlik nazirliyində digər vəzifələrə keçirdilər. Rəhbərin ətrafındakılar danışırlar ki, o, müəyyən mənada mühafizəçiləri üçün ata idi. Rəhbər, məsələn, onlara gələcək həyat yoldaşı seçməyi xoşlayırdı.

Mao köhnə şeylərə çox həssas münasibət bəsləyirdi. Məsələn, onun iki yataq pijaması var idi, onların hər birinə yüzlərlə yamaq vurulmuşdu. Bundan başqa, o, yeni ayaqqabıya qarşı dözümsüz idi. Əvvəlcə onu geyinib genişlətmək üçün mühafizəçilərə verirdilər, bundan sonra çəkmələri elə vəziyyətə gətirirdi ki, hətta çəkməçilər onu düzəltmək istəmirdilər.

Çin lideri öz rahatlığını çox qiymətləndirirdi. Ona görə də yeni paltarlar, ayaqqabı geyinmək istəmirdi. Cırılan paltarlarını Şanxaydakı ən yaxşı dərzilərə göndərirdilər və onların bərpası yeni paltar almaqdan baha başa gəlirdi. Söylənilənlərə görə, o, bir dəfə öz marşallarından birinin dəfninə pijamada gəlib, 1954-cü ildə isə Böyük Britaniyanın baş nazirinin müavini Klement Ettli ilə şalvarının arxasındakı böyük yamaqla görüşüb. “Nə üçün başqa şalvar geyinməmisən”- sualına isə belə cavab verib: “Nə fərqi var? Kim mənim arxama baxacaq?”

O, öz çarpayısını iş yeri adlandırırdı, halbuki orada uzanmaq çox çətin idi. Çünki çox sərt idi. Həkim Linin xatirlatdığına görə, çarpayı çox böyük və yarısına qədər kitabla dolu idi. O, yataqda belə ara vermədən siqaret çəkir və yaşıl çay içirdi. Maonun stolu da böyük idi, ondan həm nahar etmək, həm də iş yeri kimi istifadə edirdi.

Uzunömürlüyün sirri

Maonun həkiminin sözlərinə görə, Çin lideri uzunömürlülük haqda düşünüb. Çin xalqı hər səhər bu şürala yuxudan ayılıb: “Sədr Maoya on min il!” O, ömrünün uzun olmasını qızlarla eşbazlıq yolu ilə təmin etmək istəyib. Ona görə də məşuqələrini tez-tez dəyişib. Onlar daha çox sadə kəndli ailələrindən olurdular. Onlar öz liderlərinə səcdə edirdilər, buna görə də Mao ilə vaxt keçirmək əslində onlar üçün möcüzə idi. Onlar hərbi dəstələrin nəzdində olan xüsusi mədəni qruplardan seçilirdilər. Qızların vəzifəsi əvvəlcə əsgərlərin və rəhbərliyin asudə vaxtını təmin etmək olurdu: oxumaq və rəqs etmək. Onların arasından rəhbər üçün məşuqələr seçilirdi.

Deyilənlərə görə, qızların hamısı başçının əla məşuq, çox qəti və güclü kişi olduğunu bəyan edirdilər. Lakin çox sayda intim əlaqələr zöhrəvi xəstəliklərə yoluxmasına səbəb olub. Qızlar hesab edirdilər ki, sədrdən xəstəliyə yoluxmaq böyük şərəfdir. Mao özü isə müalicə olunmaqdan imtina edib. Çünki bir çox xəstəlikləri sağlamlığı üçün təhlükəli olsa da, sipmtomsuz keçdiyindən, o, öz həkiminə deyirdi: “Mənim heç yerim ağrımırsa, deməli, qorxulu deyil”.

Həkimin xatırlatdığına görə, siyasi arenada çətinliklər yarananda, Mao erektil disfunksiyadan əziyyət çəkirdi, lakin vəziyyət normallaşnda kişi qüvvəsi özünə qayıdırdı. Mao ömrünün sonunda daha çox yataqdan qalxa bilməməsindən şikayətlənib: “Mən xədim oldum, hə”, - o, bir dəfə Li Çjisuyadan soruşub. O, başçının sualını cavablandırmayıb, bunu etiraf etmək həyat tərzi baxımından günah olardı.

Diktator Mao - O, hətta ağır səhra şəraitində də qızlarla əhatə olunub

14 yaşında ən gənc qız da olmaqla çoxsaylı məşuqələri ilə yanaşı, onun üç qanuni nikahı və ən azı altı uşağı olub.

Qadın enerjisinin köməyi ilə ömrünü uzatmağa nə qədər çalışmasına baxmayaraq, Mao Tsedun 83 yaşında ölüb. Onun sağlamlığı, ilk növbədə gigiyena ilə bağlı problemləri olub. O, heç vaxt yuyunmurdu, bunun əvəzinə onu yaş isti dəsmalla silirdilər. Böyük rəhbər dişlərini ağartmırdı. O, səhərlər ağzını yaşıl çay ilə yaxalayar və dəmlənmiş çayı çeynəyərdi. Buna görə onun damağında daha çox lehməyə bənzəyən yaşıl qat yaranıb. Həkim ona gigiyenanı qorumaq zərurəti barədə xəbərdarlıq edib, əvəzində bu cavabı alıb: “Pələnglər dişlərini təmizləmirlər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
5-01-2019, 21:19 Tramp dünyanı aldadıb