17:17 / 19-03-2019
Nazarbayev istefaya getdi
“Sovetski” qalmaqalını Baş Prokurorluq, DTX və məhkəmə araşdıracaq - Müraciət
Tarix: 04-01-2019 09:26 | Bölmə: Slayd
“Sovetski” qalmaqalını Baş Prokurorluq, DTX və məhkəmə araşdıracaq

Bakının “Sovetski” adlanan ərazisində söküntü işləri başlayandan bəri bir neçə dəfə qalmaqal baş verib. Bunların bir hissəsi vaxtında həll olunub və oradakı mülkiyyət sahibləri dövlətin müəyyən etdiyi kompensasiyanı alaraq yeni evlərində məskunlaşıblar.

Amma “Azər Expert” Məhdud Məsuliyyətli Cəmiyyəti mətbuat üçün açıqlamasında bəyan edir ki, özlərini vəkil adlandırıb ortalığa düşənlər “Sovetski”nin bəzi sakinlərinin ortaya atdığı süni narazılıqdan istifadə edirlər.

Açıqlamada bildirilir ki, aşağıda adları çəkilənlər hətta bəzi kütləvi informasiya vasitələrini də özlərinin şantaj kampaniyasına qoşub, qarayaxma kampaniyasında təhqirdən belə çəkinmirlər.

Məsələn, yazılardan birində “Azər Expert” MMC-nin direktorunu hansısa heyvana bənzədirlər.

Görəsən, böhtana və təhqirə görə cinayət məsuliyyətinə cəlb olunacaqlarını unudan “vəkillər” doğrudanmı “Sovetski”də evləri söküntü ərazisinə düşən şəxslərin müdafiəçiləridir?

MMC-nin açıqlamasında qeyd olunur ki, ortaya atılan iddialardan açıqca görünür ki, bu belə deyil. Əslində, problemlə üzləşən hansısa vətəndaşın vəkilə müraciət etməsi qəbahət sayılmır. Lakin açıqlamada deyilir ki, adıçəkilən MMC-nin rəhbərliyinə qarşı ünvanlanan ittihamlar əsassız olduğundan qarşı tərəfin hüquqlarının müdafiəçisi kimi ortaya düşənlər bu qədər canfəşanlıq etməməlidirlər. Bəs onda Vəkillər Kollegiyasının üzvü olmayan və özünü vəkil adlandıran şəxs niyə inadkarlıq edir? Bu haqda bir qədər sonra...

“Azər Expert” MMC-dən narazı olan “Sovetski” sakini Aydın Rzayevdir. MMC-nin direktoru İlham Bağırov bildirir ki, Aydın Rzayevin onun ünvanına söylədikləri böhtandır, eyni zamanda həmin “vəkillər”in təkidi ilə inadından dönmür. İlham Bağırov deyir ki, əlində ittihamların böhtan olduğunu təsdiqləyən rəsmi sənədlər də var. Deməli, cənab Bağırov istəsəydi belə, hansısa qanunsuzluğa yol verə bilməzdi.

Aydın Rzayevin iddiasına görə, onu mülkiyyət hüququ pozulub. İlham Bağırov isə deyir ki, mülkiyyət məsələsi ilə bağlı komissiyanın rəhbəri həmin evin (Aydın Rzayevin akademik Qarayev küçəsi 23 ünvanındakı evi nəzərdə tutur-red.) ölçü və fotoşəkillərini tender əsasında qalib gələn və komissiyada iştirak edən müstəqil qiymətləndirmə şirkəti olan “Azər Expert” MMC-nin rəhbəri kimi ondan istədikdə, o, komissiya üzvləri qarşısında Aydın Rzayevə bildirib ki, 2015-ci il aprel ayının 21-i həmin ünvanda mütəxəssislər ölçü işləri aparıb.

İ. Bağırov iddia edir ki, vaxtilə “Sovetski”də yaşayan Rzayev əslində, olmayan evinə görə dövlətdən vəsait istəyir.

MMC rəhbərinin sözlərinə görə, Aydın Rzayev eyni zamanda, digər evinin sökülməsinə könüllü razılaşaraq dövlətdən vəsait də alıb.

Qayıdaq özünü vəkil kimi təqdim edən Natiq Ələsgərov məsələsinə. MMC iddia edir ki, o, özünü vəkil kimi təqdim etsə də, Vəkillər Kollegiyasının üzvü deyil: “Sadəcə, “Sovetski”nin keçmiş sakinlərinin sadəlövhlüyündən istifadə edib, onlara vəkil kimi hüquqi yardım boyun olaraq, çox güman ki, pullarını almaqdan belə çəkinməyib. Halbuki, Aydın Rzayev ərazidə söküntü prosesi başlayan ilk vaxtlarda mənzilinə görə pulunu alıb. Natiq Ələsgərov isə belə adamları aldatdığının üstünün açılmaması üçün “sizin mənzillə bağlı probleminizi həll edəcəyəm”,- deyib, üstəlik, onları bəzi kütləvi informasiya vasitələrinə şikayət etməyə yönəldib. Natiq Ələsgərov bu əməli ilə təkcə Aydın Rzayevi çətin vəziyyətdə qoymur, eyni zamanda dövlətə, bu prosesdə iştirak edən dövlət məmurlarına böhtan atdırır. 32 yaşlı bu “vəkilin” yolunun bir vaxtlar hüquq-mühafizə orqanlarından da düşdüyünü nəzərə alsaq, İlham Bağırova qarşı bu böhtan kampaniyasının təşkil olunduğunu açıq-aydın görmək mümkündür.

“Sovetski” qalmaqalını Baş Prokurorluq, DTX və məhkəmə araşdıracaq

Bizə o da məlumdur ki, “vəkil” kimi ortaya düşüb camaatdan pul yığan Natiq Ələsgərov izi itirmək üçün bir zaman Afrikaya yollanıb, lakin Bakıya qayıdan kimi “Sovetski”nin sakinlərini yenə daha çox özü xeyir qazanmaq üçün əsassız olaraq ayağa qaldırıb. Əslində Natiq Ələsgərovun bu əməli kiminsə problemini həll etməyə deyil, şəxsi maraqlarına hesablanıb.

Adətən, kimsə dələduzluqla üzləşəndə hüquq-mühafizə orqanlarına müraciət edir, hüquqlarının müdafiəsi üçün vəkil tutur. Bu məsələdə isə əksinədir. Aydın Rzayev və onun kimi bir neçə nəfəri İlham Bağırova böhtan atmağa təhrik edən Natiq Ələsgərov bu əməlinə görə məsuliyyətə cəlb olunmalıdır. Bunun üçün digər tutarlı səbəb onun Vəkillər Kollegiyasının üzvü olmadan özünü vəkil kimi təqdim etməsidir”.

Aydın Rzayev və ona vəkillik etmək iddiasına düşən Natiq Ələsgərovun “Azər Expert” MMC-nin təsisçisi və direktoru İlham Bağırova böhtan atdığını sübut edəcək faktlar da təqdim olunub:

Özünü şikayətçi kimi ortalığa atan Aydın Rzayevin iddiasına görə, ona məxsus olan, Bakı şəhəri, akademik A. Qarayev küçəsi, 23 saylı və həmin küçənin kəsişməsində yerləşən M. A. Əliyev-32 saylı evlər (“Sovetski” adlanan ərazi) Nazirlər Kabinetinin müvafiq qərarı ilə söküntü zonasında yerləşir.

İlham Bağırovun bunun tamamilə əksini sübut edən açıqlaması:

“Aydın Ağəli oğlu Rzayev və onun qohumu Natiq adlı şəxs iddia edir ki, guya mən, 2018-ci ilin sentyabr ayında qəflətən onun evinə gəlib, Natiqə verdiyi etibarnaməni ləğv etməsini və nə lazımdırsa, özüm kömək edəcəyimi söyləmişəm. Guya mən demişəm ki, Natiq komissiyanın tərkibinə daxil olmasın, o gələndə mən onu komissiyaya buraxmıram.

Onu da qeyd edim ki, 2018-ci ilin noyabr ayında Yasamal Rayon İcra Hakimiyyətinin təşkil etdiyi komissiyanın üzvləri söküntüyə düşən əraziyə baxış keçiriblər. Bu zaman Aydın Rzayevin M. A. Əliyev-32 ünvanında yerləşən yaşayış evinə də yerində baxış keçirilib və adıçəkilən şəxsi komissiyanın rəhbəri növbəti həftə keçiriləcək iclasa şəxsən dəvət edib. 2018-ci il noyabrın 30-da Aydın Rzayev Yasamal rayonu, İnşaatçılar prospekti, 28B ünvanında təşkil olunan komissiyada iştirak edib və o, mülkiyyətində olan (M.A.Əliyev 32 ünvanındakı) evə müvafiq ölçü və təyinatlarına görə hesablanmış kompensasiyaya dair hazırlanmış razılaşma protokolunu şəxsən imzalayıb və ona hesablanmış vəsaiti dekabrın 10-da “Kapital Bank”dan götürüb”.

MMC direktorunun sözlərinə görə, Aydın Rzayev daha sonra komissiyanın üzvlərinə bildirib ki, onun akademik Qarayev-23 ünvanında daha bir evi var:

“Komissiya rəhbəri həmin evin ölçü və fotoşəkillərini tender əsasında qalib gəlmiş və komissiyada iştirak edən müstəqil qiymətləndirmə şirkəti olan “Azər Expert” MMC-nin rəhbəri kimi məndən istədikdə, mən, komissiya üzvləri qarşısında Aydın Rzayevə bildirdim ki, 2015-ci il aprel ayının 21-i həmin ünvanda mütəxəssislərimiz ölçü işləri aparıb. Bu zaman Aydın Rzayevə məxsus heç bir ev aşkar olunmayıb (faktiki olaraq ev yerində olmasa da, həmin sökülmüş yerə aid Rzayev Aydının DƏDRX-dən çıxarışı var). Mən komissiyaya sökülmüş və ümumiyyətlə, yerində köhnə daşlar və ağaclar olan boş sahənin fotoşəkillərini təqdim edərək dediklərimi sübuta yetirdim. Aydın Rzayev bu fotoşəkilləri görüb əsəbləşdi və komissiya üzvlərinin qarşısında məni hədələyərək “Gör, sənin başına nə oyun açacağam”,- deyib, qapını çırpıb getdi”.

Qeyd edək ki, Yasamal Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi söküntü layihəsində yalnız adıçəkilən MMC və onun direktoru İlham Bağırov yox, bir neçə dövlət qurumu da iştirak edir.

“Qiymətləndirmə prosesini tək İlham Bağırov aparmır. Bu işi söküntü üçün yaradılmış Yasamal Rayon İcra Hakimiyyətinin xüsusi komissiyası - torpaqların dövlət ehtiyacları üçün satın alınması haqqında qanuna uyğun olaraq - həyata keçirir.

Aydın Rzayevin yazdıqlarına gəldikdə, bunun böhtan xarakterli və yalan olmasını təqdim etdiyimiz fotoşəkillər də sübuta yetirir. Aydın Rzayev kimi şəxslərin yazdıqları yalanlar isə dövlətin həyata keçirdiyi layihəyə ləkə yaxmaqdan başqa bir şey deyildir”, - İlham Bağırov vurğulayıb.

“Azər Expert” direktorunun fikrincə, A. Rzayevin böhtan xarakterli yazısında qeyd etdiyi şəxs - Natiq Ələsgərov dəfələrlə təşkil edilmiş komissiya iclaslarında iştirak edib və hətta ona məxsus olan M. A. Əliyev, dalan 2, ev 2 ünvanında yerləşən yaşayış evinə dair verilən kompensasiya üçün hazırlanmış razılaşma protokolunu şəxsən imzalayıb:

“Bildirmək istəyirəm ki, Aydın Rzayev və Natiq Ələsgərova heç kim qadağa qoymayıb və onlar iclaslarda dəfələrlə iştirak ediblər.

Daha bir böhtan xarakterli cümləni nəzərinizə çatdırıram ki, guya mən, mənə məxsus olan “Azər Expert” MMC-nin adını dəyişərək “B.T.İ. Expert” etmişəm. Bu məlumat da tamamilə yalnışdır. Qeyd edilən hər iki təşkilat qiymətləndirmə fəaliyyəti ilə məşğul olan, iki ayrı rəhbərliyi və ayrı işçiləri olan təşkilatlardır.

Sayılıb-seçilən, daha doğrusu, sözü keçərli olan vəkillər desinlər: Aydın Rzayev və özünü onun vəkil təqdim edən Natiq Ələsgərov nə qədər haqlıdırlar?”

“Azər Expert” MMC-nin direktoru müraciətinin sonunda qeyd edib ki, Azərbaycan hökumətinin “Sovetski” ərazisində gördüyü işlərə kölgə salmaq istəyənlərə, süni şəkildə ölkədə vətəndaş narazılığı yaratmağa cəhd göstərib, qızışdırıcı mövqe tutanlarla bağlı Respublika Prokurorluğuna və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edəcəklər. MMC-nin direktoru bəzi saytlara qarşı da iddia ərizəsi hazılatdırır:

“Bəzi saytlar mənə və rəhbəri olduğum MMC-yə qarşı qarayaxma kampaniyası aparırlar. Həmin saytlarda mənim şərəf və ləyaqətimi ləkələyir, işgüzar nüfuzuma zərbə vururlar. Bu səbəbdən də həmin saytlarla bağlı həm məhkəməyə, həm də Mətbuat Şurasına müraciət edəcəyik”.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
11-03-2019, 09:37 Hitlerin son müsahibəsi

{sape_links}{sape_article}