Daha bir vəzifəli şəxs işdən çıxarılıb - Təyinat
Tarix: 22-01-2019 23:01 | Bölmə: Siyasət
Daha bir vəzifəli şəxs işdən çıxarılıb

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru Alçın Şirinzadə vəzifəsindən azad edilib.

Reyting.az
“AzeriDefence”yə istinadla xəbər verir ki, A. Şirinzadə ötən həftənin sonlarında vəzifəsindən kənarlaşdırılıb.

Müdafiə Sənayesi Nazirliyindən faktı təsdiqləyiblər.

“AzeriDefence”nin əldə etdiyi məlumata görə, MAKA-nın direktoru vəzifəsinə texnika elmləri doktoru, “Sənayeavtomatika” İstehsalat Birliyinin direktoru Natiq Cavadov təyin edilib.

Daha bir vəzifəli şəxs işdən çıxarılıb

N. Cavadov 1978-2003-cü illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində çalışıb. Daha sonra Ağdam Mexaniki və Bakı şəhərindəki Kosmik Cihazqayırma zavodlarının direktoru işləyib. 2003-cü ildən bu günədək “Sənayeavtomatika” İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}