12:13 / 16-02-2019
Alimsayağı sual - Hekayə
Qarabağ qaziləri Fizuli Məmmədovu təltif edib, şəhid ailələri təbrik məktubu ünvanlayıb
Tarix: 09-02-2019 00:53 | Bölmə: Slayd
Qarabağ qaziləri Fizuli Məmmədovu təltif edib, şəhid ailələri təbrik məktubu ünvanlayıb

Azərbaycanın dövlət başçısı İlham Əliyev yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüş keçirib. Bu görüş ictimai fikrin uzun müddət diqqətini çəkmiş və istər KİV-lərdə, istərsə də sosial mediada geniş müzakirə doğurmuş bir sıra mühüm məsələlərə nöqtə qoyub.

İndi bəzi şəxslər müzakirələrin getdiyi zamanlar söylədiklərini danmağa, ya da unutdurmağa çalışır. Odur ki, hafizələri yenilməyə ehtiyac var.

Şəhid ailələrinə birdəfəlik ödəniş mövzusunun gündəmi zəbt etdiyi zaman geniş yayılmış düşüncə bu idi ki, bütün şəhidlər siyahıya alınıb və onların varislərinə birdəfəlik ödəmələr qısa müddətdə veriləcək. Amma sonra məlum oldu ki, 1991-ci ildən 1997-ci ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə 11 min manat məbləğində birdəfəlik ödəniş verilməsi haqqında fərmanın icrasına yanaşma fərqləri var.

Uzun sözün qısası, keçən ilin oktyabr ayının ortalarından bəri təxminən 100 şəhid ailəsi mütəmadi olaraq Milli Məclis və Prezident Administrasiyası binalarının qarşısında aksiya keçirirdi. Onlar həlak olmuş ailə üzvlərinə görə təzminat ala bilməməkdən şikayətənirdi.

Yadınızdadırmı, həmin çağlarda, yəni hələ ötən ilin sonlarında Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun Prezidenti, tanınmış iş adamı Fizuli Məmmədov öz “Facebook” hesabındakı statusunda bildirirdi ki, Azərbaycan biznesinin, o cümlədən diaspor nümayəndələri şəhid ailələrinə kömək etməlidirlər:

“Axı onlar ümumi Vətənimiz Azərbaycanı müdafiə edərkən həlak olublar. Ona görə də hamımız şəhid anaları qarşısında borcluyuq”.

Fizuli Məmmədovun “100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram!”,- qətiyyəti Prezidentin “Bütün sahələrdə olduğu kimi, bu məsələdə də ədalət prinsipi mütləq gözlənilməlidir”,- mövqeyi ilə uzlaşdığından bu, bəzi məmurlarda qıcıq doğurmuşdu. Yuxusu qaçmış həmin səlahiyyət sahibləri özlərinə yaxın KİV-lərdə Fizuli Məmmədova qarşı qarayxma kampaniyasına başlamışdı. Onlar üçün Fizuli Məmmədovun “100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram!”,- cümləsi ən azı “qəzəbli hikkə” sayılırdı.

Halbuki şəhid ailələrinə birdəfəlik ödəniş verilməsinin təşəbbüsçüsü olan Prezident İlham Əliyevlə eyni mövqeyi bölüşən Fizulu Məmmədov, cənab İlham Əliyev kimi, ədalət meyarı ilə yanaşı, dövlətin nüfuzunu, etimadlılığını da unudulmamalı amil hesab edirdi. Axı şəhid ailələrinə birdəfəlik ödənişlərdə istənilən mənfi yüklü informasiya düşmənin əks-təbliğat maşını üçün lazımi “yanacaq”, beynəlxalq birlikdə isə Azərbaycan dövlətinin şərəfinə ləkə və etibarsızlıq mühitinin genişlənməsi demək idi.

Qarabağ qaziləri Fizuli Məmmədovu təltif edib, şəhid ailələri təbrik məktubu ünvanlayıb

Bu işin sonu nə oldu? Nöqtəni, həmişə kimi, Prezident qoydu:


“Mənim birinci Fərmanım şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı idi. Təbii ki, bu, təsadüfi deyil. Mən istənilən sahə üzrə fərman imzalaya bilərdim. İqtisadi sahə üzrə, xarici siyasət, sosial məsələlərlə bağlı. Ancaq mən hesab etdim ki, birinci Fərman şəhid ailələri ilə bağlı olmalıdır. Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur. Yenə də deyirəm, mən heç bir ölkə ilə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq bu da həqiqətdir ki, Azərbaycan bir çox ölkələrə bu sahədə nümunə göstərir.

Artıq ödəmə prosesi başlamışdır. Mənə verilən məlumata görə, üç mindən çox şəhid ailəsi 11 min manatı alıb. Ancaq bu proses zamanı məlum oldu ki, vaxtilə müavinəti alan vətəndaşların aldıqları məbləğ bu gün verilən məbləğlə üst-üstə düşmür. Yəni o illərdə - 1990-cı illərin əvvəllərində rəqəm böyük olsa da, - o vaxt 50 min manat nəzərdə tutulurdu, - ancaq o vaxtın 50 min manatı bu günün 11 min manatı ilə heç də müqayisə oluna bilməz. Mən bu məsələ ilə bağlı ictimaiyyətə öz fikrimi bildirdim. Bildirdim ki, bu məsələ ciddi araşdırılmalıdır və burada iki əsas amil üstünlük təşkil etməlidir: qanun və ədalət. Bir tərəfdən, vaxtilə bu müavinəti alan vətəndaşlar bu siyahıya daxil edilməməlidir, bunu qanun və qaydalar tələb edir. Digər tərəfdən, biz bütün məsələləri ədalətli həll etməliyik, bütün məsələlərə sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə alaraq, mən bu gün yeni Fərman imzaladım. Bu Fərman əsasında 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırıldı. Onların içərisində təbii ki, vaxtilə müavinəti az məbləğdə alan vətəndaşlardır və ümumiyyətlə, siyahıya düşməyən daxili işlər orqanları şəhid ailələrinin nümayəndələridir, onların da sayı 460-dan çoxdur”.

Prezident İlham Əliyevin bu açıqlamları ictimai fikrin şəhidlər və şəhid ailələri ilə bağlı düşüncələrini tam şəkildə əks etdirir. Artıq bu mövzuda danışarkən, üç nöqtələrə ehtiyac qalmayıb, problem düzgün həllini taparaq qapanıb. Amma...

Zəruri sözardı:

Qarabağ qaziləri Fizuli Məmmədovu təltif edib, şəhid ailələri təbrik məktubu ünvanlayıb

Bu gün söylədiyini sabah inkar edən şəxslərə yada salmalı bir mətləb qalır. O vaxt “100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram!”,- deyən Fizulu Məmmədovun vədini yerinə yetirəcəyini şübhəyə alanlar məgər dəfələrlə onun sözünün ağası olduğuna şahid olmamışdır?! Ötən il KV-lərdə Fizuli Məmmədovun məlum açıqlamasını sözbəsöz təhlil edərək min cür yozanlar bu media başlıqlarını görməmişdimi?!

“Fizuli Məmmədov 2 hərbçiyə ev bağışlayıb...”

“Teleqraf.com xəbər verir ki, xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənovun müalicəyə ehtiyac var. Fizuli Məmmədov onların müalicə xərclərini öz üzərinə götürüb...”

“Dünya Azərbaycan Mədəniyyət Fondunun mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, Fizuli Məmmədov daha 5 Qarabağ qazisinə mənzil bağışlamaq qərarını açıqlayıb...”

Döyüşdə yaralanmış şəxslərdən biri isə ölkə KİV-lərində yazırdı ki, Fizuli Məmmədov ona da ev bağışlayıb. Həm də ev üçün lazım olan bütün əşyalarla birlikdə.

Amma hədiyyələr bir-iki nəfərlə məhdudlaşmır. Fizuli Məmmədov aprel şəhidləri Aşqin Abdullayev və Sənan İsayevin ailəsinə də üç otaqlı mənzillər hədiyyə edib. Xüsusi təyinatlı dəstədə döyüş yolu keçmiş Ülfət Həsənov, digər keçmiş döyüşçülər Natiq Mehdiyev, Hikmət Məmmədov, Emin Əliyev, Eşqin Huseynov, Kamil Musəvi, İlkin Talibov və Arzu Məmmədova hər biri iki otaqlı olmaqla mənzil bağışlayan Fizuli Məmmədov, Nəzər Abdurrəhmanovu da unutmayıb. Ona dörd otaqlı ev hədiyyə edib, həm də lazımi məişət cihazları da bağışlayıb.

Bütün bunlar F. Məmmədovun Vətən yolunda canını əsirgəməyən şəxslərə və onların ailə üzvlərinə göstərdiyi qayğının bir hissəsidir. Belə müsbət işlər yüzlərlə, minlərlədir ki, ictimaiyyət bundan xəbər tuta bilmir. Bura kimlərinsə ölkə xaricində müayinə və müalicəsi, xaricdə təhsil alan gənclərimizin üzləşdiyi problemlərin həlli də daxildir. Ona görə də bu siyahını çox uzatmaq istəmədik.

Fevral ayının 9-u isə belə bir insanın - Fizulu Məmmədovun doğum günüdür. Təbrikə qoşulanlar sırasında şəhid ailələrinin üzvləri və Qarabağ qaziləri çoxluq təşkil edir. Şəhid ailələri ona təbrik ünvanlayır, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyi isə 55 yaşlı F. Məmmədovu "Vətən naminə” medalı ilə təltif edib.

Fizuli müəllim, doğum gününüz mübarək!

Qarabağ qaziləri Fizuli Məmmədovu təltif edib, şəhid ailələri təbrik məktubu ünvanlayıbQarabağ qaziləri Fizuli Məmmədovu təltif edib, şəhid ailələri təbrik məktubu ünvanlayıb

Qarabağ müharibəsinin 1-ci qrup əlili M. Əhmədov




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər