17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Keçmiş səfir yeni mərkəzə rəhbərlik edəcək - Təyinat
Tarix: 19-02-2019 19:28 | Bölmə: Slayd
Keçmiş səfir yeni mərkəzə rəhbərlik edəcək

Prezident İlham Əliyev fevralın 19-da Fərid Rauf oğlu Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

F. Şəfiyev 2014-cü ildən bu təyinatadək Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri işləyirdi.

O, ölkə başçısının müvafiq sərəncamı ilə fevralın 19-da Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Fərid Rauf oğlu Şəfiyev 1969-cu ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 2002-2003-cü illərdə Harvard Universiteti, Kennedi Dövlət Məktəbinin dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. 2009-2015-ci illərdə Karlton Universitetində tarix üzrə elmlər doktoru (PhD) dərəcəsini alıb.

1996-cı ildən Xarici İşlər Nazirliyi sistemində işləyib. 1998-2001-ci illərdə Azərbaycanın BMT yanındakı Nümayəndəliyində çalışıb. 2009-2014-cü illərdə Azərbaycanın Kanadada, 2014-cü ildən bu günə kimi Çexiyada səfiri işləyib.

F. Şəfiyev ingilis, rus, türk dillərini bilir

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}