Nazir müavininin səlahiyyəti azaldılıb, idarə rəisi işdən çıxarılıb
Tarix: 26-02-2019 16:46 | Bölmə: Slayd
Nazir müavininin səlahiyyəti azaldılıb, idarə rəisi işdən çıxarılıb

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Nazirlər Kabinetinə Aparat rəhbəri təyin olunduqdan sonra, digər nazir müavini Nadir Hüseynovun səlahiyyətləri azaldılıb.

Reyting.az
-ın xəbərınə xəbərinə görə, bu barədə mia.az-a diplomatik mənbələrdən məlumat verilib.

Xarici İşlər Nazirliyi daxilində gedən son proseslərlə bağlı bildirilib ki, nazirliyin Kadrlar idarəsi ilə Konsulluq idarəsi N. Hüseynovun kurasiyasından alınıb.

Məlumata görə, N. Huseynovun rəhbərliyi altında olan İnformasiya idarəsi də ləğv edilərək, mətbuat xidmətinə birləşdiriləcək.

Konsulluq idarəsinin rəhbəri postuna isə Azərbaycanın Misir və Türkiyədəki səfiri olmuş Faiq Bağırov gətirilib.

Bundan başqa, nazirliyin Kadrlar idarəsinin rəisi, 79 yaşlı Elmira Sarıcalinskya yaşı ilə əlaqədar təqaüdə göndərilib.

Kadrlar idarəsinin rəisi vəzifəsinə isə Azərbyacanın Yaponiyadakı keçmiş səfiri, əvvəllər Elmar Məmmədyarovun köməkçisi olmuş Gürsel İsmayılzadə təyin olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}