Azərbaycanlı “qanuni oğru” Rusiyanın bu bölgəsi üçün əsas təhlükəyə çevrildi
Tarix: 27-02-2019 12:22 | Bölmə: Slayd
Azərbaycanlı “qanuni oğru” Rusiyanın bu bölgəsi üçün əsas təhlükəyə çevrildi

Sverdlovsk vilayətinə yeni polis rəisinin təyin ediləcəyi gözlənilir.

Reyting.az Rusiya mediasına istinadla bildirir ki, yeni rəisin Moskva dairəsinin Cənub administrasiyası Daxili İşlər İdarəsinin indiki rəhbəri Roman Pluqinin olacağı ehtimalı çoxdur.

Qeyd edilir ki, Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti Baş İdarəsinin əvvəlki rəisi Mixail Borodin 2018-ci ilin oktyabr ayında Yekatirinburqu tərk edəndə regionda vəziyyət sabit idi. Ancaq indi – yeni rəisin təyinatı ərəfəsi ekspertlər qeyd edirlər ki, Uralın kriminal aləmi paqqıldayır.

Mütəşəkkil cinayətkarlıq üzrə mübarizəyə cavabdeh olan güc strukturlarında çalışanların sözlərinə görə, regiondakı sakitliyə daha çox təhlükə başçısı Azərbaycandan olan entik qruplaşmadan gəlir.

Məlumata görə, “qanuni oğru” Nadir Səlifovun (Quli) başçılıq etdiyi böyük dəstə özəl biznesin, bazarların böyük payına nəzarət edir, saxta spirtli içki alveri ilə məşğul olur.

“Uralda onun adamları var – güc strukturalarında əminliklə deyirlər. – Onların hardasa möhkəmlənməsi alınır, hardasa o qədər də yox, ancaq Quli istənilən halda xoşagəlməz fiqurdur”.

Hüquq-mühafizə orqanlarındakıların fikrincə, əgər birdən onun Rusiyaya gəlmək imkanı yaranarsa, bu, əlbəttə, böyük riskdir, onda regionda ən yüksək səviyyədə kriminal özbaşınalıq başlayacaq.

Bundan əlavə, azərbaycanlılardan başqa, Özbəkistandan gələnlərin də sayı artır, son zamanlar cinayətkar qruplaşma kimi təşkilatlanmağa başlayıblar. Belə dəstələrdən birini yaxınlarda əməliyyatçılar saxlayıb, tam vaxtına düşüb, onlar uzaq ərazilərə yük daşıyanları qarət etməkdən adam öldürməyə keçməyə artıq hazır idilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}