16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Dəmirəl ailəsində böyük dava - Səbəb
Tarix: 07-03-2019 14:01 | Bölmə: Slayd
Dəmirəl ailəsində böyük dava

Şövkət Dəmirəl ölmədən əvvəl oğlu Yahya Murad Dəmirəli mirasından məhrum edib. Digər ailə üzvləri yeni varislik sənədi üçün iddia qaldırıb.

Reyting.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Asliye Hüquq Məhkəməsində açılan davaya görə, 9-cu prezident Süleyman Dəmirəlin qardaşı iş adamı Şövkət Dəmirəl, 2016-cı il mayın 9-da vəfat edib.

Dəmirəlin vəfatından 1 il əvvəl hazırladığı ikinci vəsiyyətnaməsi İaparta 1-ci Sülh Hüquq Məhkəməsi tərəfindən açılaraq oxunub. Dəmirəl vəsiyyətnaməsində yazıb: "Ailəmizi səhv işlər görərək qaralayan Yahya Murad Dəmirəli mirasımdan çıxarıram. Daha əvvəl ona verdiyim payın digər qanuni varislərin hamısına payları nisbətində bölgü edilməsini istəyirəm".

Dəmirəlin həyat yoldaşı və üç qızı iddia qaldıraraq, "Yəhya Murad Dəmirələ məxsus miras paylarının ailəsi olaraq bizlərə verilməsi üçün paylarının təsbiti varislik sənədi verilməsini tələb edirik", - deyib.

İki ildir yaxalanma qərarı var

Yahya Murad Dəmirəlin sahibi olduğu iflasa uğrayan Egebank 1999-cu il dekabrın 21-də TMSF-yə təhvil verilib. Bankın zərərinin 1,1 milyard dollar olduğu bildirilib. Dəmirələ çox sayda cəza və kommersiya cinayət işi açılıb. Dəmirələ ən son İstanbul Ağır Cəza Məhkəməsində "məkrli iflas” davası açılıb. Dəmirəl bu günə qədər özünü müdafiə etmək üçün heç bir iclasa qatılmayıb. Məhkəmə də iki il əvvəl Dəmirəl haqqında yaxalama qərarı çıxarıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}