Azərbaycanda tutulan PKK terrorçusu Türkiyəyə ekstradasiya ediləcək - Qərar
Tarix: 07-03-2019 21:35 | Bölmə: Slayd
Azərbaycanda tutulan PKK terrorçusu Türkiyəyə ekstradasiya ediləcək

Azərbaycanda həbsdə olan terror təşkilatı PKK üzvü Özgür Dumanın Türkiyəyə ekstradisiya edilməsinə qərar verilib.

Reyting.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində, Ədliyyə Nazirliyinin istəyi nəticəsində Türkiyə vətəndaşı, 29 yaşlı Özgür Dumanın ölkəsinə ekstradisiyası qərarı müzakirə olunub.

İclasda terrorçu Özgür Dumanın Türkiyəyə ekstradisiya edilməsi qərara alınıb.

Verilən məlumata görə, PKK üzvü olmaq və partlayıcı maddə almaq cinayətlərindən haqqında axtarış qərarı olan Duman Türkiyədən Gürcüstana qaçıb.

Türkiyənin beynəlxalq axtarış qərarı çıxarmasından sonra Azərbaycana keçən Duman, Azərbaycan Dövlət Miqrasiya İdarəsinə müraciət edib. Sənədlərini itirdiyini bildirən PKK-çı Duman Suriya vətəndaşı olduğunu deyib.

Araşdırmalar nəticəsində yalan söylədiyi və PKK üzvü olduğu öyrənilən Duman üçün məhkəmə prosesi başlamışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}