16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Keçmiş prezidentin qızı 865 milyon dollar rüşvətdə günahlandırılır
Tarix: 08-03-2019 03:32 | Bölmə: Slayd
Keçmiş prezidentin qızı 865 milyon dollar rüşvətdə günahlandırılır

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya və “Uzdunrobita” törəmə şirkətinin keçmiş baş direktoru Behzod Ahmedova çirkli pulların yuyulması və 865 milyon dollar rüşvət almaqla bağlı ittiham irəli sürülüb.

Reyting.az xarici mediaya istinadən bildirir ki, onlara qarşı cinayət işi ABŞ-da qaldırılıb.

Nyu-Yorkun Cənub dairəsinin prokuroru qeyd edir ki, bu, tarixdə qanunun pozulması ilə bağlı xarici korrupsiya təcrübəsində ən böyük məbləğdir.

İstintaq məlumatına görə, söhbət üç böyük telekommunikasiya şirkətinə qarşı mənimsəmədən və rüşvətxorluqdan, eləcə də ABŞ maliyyə sistemi vasitəsilə pul yuyulması cinayətindən gedir.

Şirkətlər Kərimova ilə bağlı strukturlara Özbəkistan bazarına çıxmaq və müxtəlif sövdələşmələr etməkdən ötrü pul ödəməli olublar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}