17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ərzaq məhsulları yenidən bahalaşır - İqtisadçı
Tarix: 10-03-2019 21:23 | Bölmə: Slayd
Ərzaq məhsulları yenidən bahalaşır

Ölkəmizdə növbəti qiymət artımı gözlənilir. Belə bir iddia ilə iqtisadçı alim Qubad İbadoğlu çıxış edib.

Reyting.az
-ın xəbərinə görə, Q. İbadoğlu bildirib ki, qarşıdan gələn Novruz bayramında 5 nəfərlik ailə bayram süfrəsi üçün ən azı 121 manat 12 qəpik xərcləyəcək.

İqtisadçı qeyd edib ki, 2012-ci illə müqayisədə bu ilki Novruz bayramının süfrəsi 1, 64 dəfə bahalaşıb:

"Martın 1-dən minimum əməkhaqqının artımına dair sərəncam qüvvəyə minib, artımla hesablanan ödənişlərin bu ayın sonunda həyata keçiriləcəyi, eləcə də artırılmış sosial müavinətlərin 1 apreldən sonra veriləcəyi gözlənilsə də, istehlak bazarında əsas ərzaq məhsullarının qiymətləri artıq ötən aydan bahalaşır”.

İqtisadçı alim bildirib ki, bu ay ərzində qiymətartırıcı amillər daha da fəallaşacağından bahalaşmanın miqyası, təsir dairəsi və gücü artacaq.

Ərzaq məhsulları yenidən bahalaşır

Q. İbadoğlunun fikrincə, minimum əməkhaqqı və sosial müavinətlərin artımından faydalananlar qrupuna yalnız işləyənlər və yardım alanlar daxildirsə, qiymətlərin bahalaşmasından həm işləyənlər, həm də işsizlər ziyan çəkir: “Odur ki, hazırda Mərkəzi Bankın və hökumətin qarşısında duran başlıca vəzifə antinflyasiya tədbirlərini gücləndirmək olmalıdır.

Nəzərə alsaq ki, yaxın günlərdə vaxtı keçmiş borcların devalvasiya xərcinə görə kompensasiyaların ödənilməsinə də start veriləcək, onda qiymətlər mart-aprel aylarında kəllə-çarxa qalxacaq".

İqtisadçı qeyd edib ki, qarşıdan gələn Novruzda bayram plovu bişirənlərin ən çox xərci kərə yağına çıxacaq.

Belə ki, 2012-ci ildə 7 manat 80 qəpik olan "Ankor” yağı 2,1 dəfə, 1 kq-ı 6 manat olan mal ətinin qiyməti 2 dəfəyədək, 1 kq-ı 2 manat 60 qəpik olan quş ətinin qiyməti 1,5 dəfədən çox, 1 kq-ı 4 manat olan kişmişin qiyməti 1,5 dəfədən çox bahalaşıb. Bütövlükdə eyni adlı məhsullar üzrə bayram süfrəsinin dəyəri 2012-ci ildəki 73 manat 80 qəpikdən 121 manat 12 qəpiyədək, yəni 1,64 dəfə bahalaşıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}