Çeçenlər Moskvada iki azərbaycanlını yaraladılar
Tarix: 13-03-2019 19:51 | Bölmə: Slayd
Çeçenlər Moskvada iki azərbaycanlını yaraladılar

Naməlum şəxslər Moskvanın Krasnız Zor (Qırmızı Şəfəqlər) küçəsindəki avtomobil xidmətinin əməkdaşlarına hücum edib.

Reyting.az Rusiya mətbuatına istinadən bildirir ki, hücum zamanı iki Azərbaycan vətəndaşı xəsarət alıb, hücum edənlərin arasında çeçenlər də olub.

Məlumatda qeyd edilir ki, hücum martın 12-də axşam edilib. Hücum edənlər adıçəkilən məkanda atəş açmaqla əməkdaşlara bir neçə bıçaq xəsarəti yetirdikdən sonra aradan çıxıblar.

Sonradan Aminevski şossesində şübhəlilərdən biri saxlanılıb. İlkin məlumata görə, “Mercedes”də gedərkən saxlanılan həmin şəxs Moskvada yaşayan Çeçenistan vətəndaşıdır.

Yaralılar xəstəxanaya yerləşdiriliblər, onların adları hələ ki açıqlanmır.

Reyting.az
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
11-03-2019, 09:37 Hitlerin son müsahibəsi

{sape_links}{sape_article}