Öldürülən azərbaycanlı “qanuni oğru” “dirilib” - Fotolar
Tarix: 14-03-2019 12:26 | Bölmə: Slayd
Öldürülən azərbaycanlı “qanuni oğru” “dirilib”

Moskvanın mərkəzində öldürülən “oğru” aləminin “patriarxı” Ded Xasanın silahdaşı, “nüfuzlu” biznesmen İlqar Cəbrayılov gözlənilmədən Çexiyada “dirilib”. Məlum olub ki, o, Praqada və Moskvada biznesini davam etdirir. İki variant var – ya qətl səhnələşdirilib, ya da kimsə öldürülənin adından fəaliyyət göstərir.

Reyting.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2012-ci ilin aprel ayında paytaxın Presnenski Val küçəsində “16 ton” gecə klubunun qarşısında iş adamı, Danabaş ləqəbi ilə tanınan İlqar Cəbrayılov güllələnib. Müəyyən dairələrdə onu Aslan Usoyanın (Ded Xasan) “katibliyinin” rəhbəri adlandırırdllar. Onun razılığı olmadan “patriarx”ın “qəbulu”na heç bir “qanuni oğru” öz məsələsini həll etmək üçün düşə bilməzdi. Məmurlarla və hüquq-mühafizə orqanları ilə vacib əlaqələr onun vasitəsilə qurulurdu. Ded Xasanı “oğru” “yığıncaq”larında o təmsil edirdi. Yəni mərhum cinayətkar patriarxın ən yaxın fiquru idi.

Öldürülən azərbaycanlı “qanuni oğru” “dirilib”

Danabaş nüfuzlu olduğu bütün zamanlarda demək olar ki, heç vaxt milisin protokoluna düşmürdü. Azərbaycanda doğulub, Özbəkistanda orduda xidmət edib, orada da evlənib. Orada Elgiz və Ceyhun adlı iki oğlu doğulub. 90-cı illərin əvvəllərində ailəsi ilə Moskvaya köçüb və Kuskovski küçəsində məskunlaşıb.

Tamamilə leqal biznes aparıb: onun “Meqa Kolor S.P.” şirkəti (1999-cu ildə qeydiyyata alınıb) alkoqol satışı ilə məşğul olub. İndi həmin şirkətin “Peçatnik” metrosunun yaxınlığında “Cənub” qastronomu və “Astoriya” ticarət mərkəzi də var. Ticarət mərkəzinin binası 2010-cu ildə tikilib. Hüquqi şəxs özü Quryanova küçəsində qeydiyyatdadır, əvvəllər burada “Uyut” (“Rahatlıq”) restoranı və gecə klubu yerləşib, indi isə “Maqnit” mağazasıdır.

Öldürülən azərbaycanlı “qanuni oğru” “dirilib”

Biznesmeni güllələyən killer "CEEP"-də müşahidə kamerasının obyektinə düşüb. O, piyada yolunun hərəkət hissəsində - işıqforda "Toyota Land Cruiser"ə çatıb. Qara kepkalı kişi sürücü oturan qapıya tərəf qaçaraq tapançadan atəş açıb. Danabaş aldığı güllə yaralarından yerindəcə keçinib. Bu zaman idarəsiz qalan avtomobil qarşıda dayanan maşına çırpılıb. Cəbrayılovun avtomobilində onunla yanaşı oturan sərnişin də başından xəsarət alıb.

Yaralanan 25 yaşlı Alyona Yevteeva Sklifosovski adına Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib. Həkimlər onun başından, boyun və sinəsindən odlu silahdan açılan atəş nəticəsində yaralandığını müəyyənləşdiriblər. Onun söylədikləri və şahidlərin ifadələri əsasında killerin fotorobotunu hazırlamaq mümkün olub.

Onu isti izlərlə yaxalamaq mümkün olmayıb. Danabaşın qətlindən bir ay sonra Şərqi Orta Asiya ölkələrindən birində (bəzi məlumatlara görə, Kiprin yunan hissəsinin ərazisində) son illərin ən böyük “oğru” “yığıncağı” keçirilib. Burada bir neçə il münaqişədə olan gürcü “oğru” klanının nümayəndələri, eləcə də neytral “qanunçular”ın çox böyük səfirliyi iştirak ediblər. Orada uzun sürən müharibədən çıxış yolu tapmaq nəzərdə tutulurdu. Oradaca Danabaşın ölümünə görə qisas məsələsi həll olunub.

Öldürülən azərbaycanlı “qanuni oğru” “dirilib”

Üstündən bir neçə il keçəndən sonra Danabaşı öldürən killer kimi “qanuni oğru” Ülfət Tağıyevin (Rüfət Gəncəli) adı çəkilib. O, 2013-cü ilin sentyabrında, Biryulevodakı meyvə-tərəvəz bazasındakı iğtişaş ərəfəsi Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Tağıyev 2015-ci ildə Lyublinsk bazarının həmtəsisçisi İlham Əliyevin öldürülməsi (2013-cü ildə), eləcə də qanunsuz silah dövriyyəsinə görə cəzasını ciddi rejimli həbsxanada çəkmək şərtilə 8 il azadlıqdan məhrum olunub. Azərbaycanın Gəncə şəhərində anadan olan Tağıyev, operativ məlumatlara əsasən, mərhum “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın ətrafına daxil olub.

Həmin vaxt üçün nüfuzlu “qanuni oğru” olan Ded Xasanla Rövşən Canıyev arasındakı müharibə 2011-ci ildə başlamışdı. Həmin müharibədə Ülfət Tağıyev və Nazim Xromoy kimi tanınan Nazim Hümbətov da iştirak edirdilər. Cinayətlərin xeyli hissəsi Rövşənin Pokrovski meyvə-tərəvəz və onunla bağlı olan topdansatış göyərti bazarlarına nəzarət haqqı uğrunda kriminal müharibələrlə bağlıdır. Rövşən Lənkəranski o vaxta qədər azərbaycanlı mafioz qrupların lideri roluna iddialı idi, ancaq bu məqsədinə heç cür çata bilmədi. Azərbaycandan olan tanınmış “qanuçular”ın əksəriyyəti Usoyanın klanına daxil idilər. Onlar bunun sayəsində Rövşənə uğurla müqavimət göstərirdilər. Ded Xasan bir neçə qəsddən canını qurtarmışdı, lakin 2013-cü il yanvarın 20-də “Starıy Faeton” restoranının, onun gizli qərargahının çıxışında killerin gülləsi ona dəydi.

Öldürülən azərbaycanlı “qanuni oğru” “dirilib”

İstintaq hərəkətlərinin gedişində Rüfət Gəncəli ifadəsində deyib ki, o, Ded Xasana atəş açan killerə kuratorluq edib və əməliyyatın detallarını hazırlayıb. Guya onun vəzifəsi sifarişi yerinə yetirəndən sonra killerin həmin ərazidən çıxarılması olub. Bununla belə, o, sifarişçinin adını çəkməyib. Bəli, Tağıyevin ittiham aktında da bu epizod heç cür qeyd edilmir. Rüfət Gəncəlinin hökmündə də İlqar Cəbrayılovun qətli ilə bağlı heç nə məlum deyil.

2018-ci il may ayının axırında Moskvadakı “Ağ ev” restoranında Hacıbaba Talıbxanlı (Hacı Beyləqanlı) saxlanılıb və ona həm də Danabaşın qətli ilə bağlı ittiham irəli sürülüb. O da mərhum Rövşən Lənkəranskinin klanına daxil olub. Müstəntiqlər isə onu Rövşənin əsas ştatlı killerlərindən biri adlandırırlar.

“İstintaq bəyan edir ki, o, “qanuni oğru” və eyni zamanda killerdir. Halbuki “qanuni oğru” nun killer də olmasına rast gəlinmir, onlar bir-birinə ziddir. Bu sifarişli işdir. Talıbxanlı heç kimi öldürməyib”, - vəkil Ayşat Burmistrova söyləyib.

Maraqlıdır ki, Danabaşa qədər Ded Xasanın bir neçə yaxın əlaltıları öldürülüb: 2011-ci ildə Daxili İşlər Nazirliyinin podpolkovniki Tamaz Broi (Tamazik) öldürülüb. O, Daxili İşlər Nazirliyinin Müəssisədənkənar baş mühafizə idarəsinin daşınan əmlakın mühafizəsi üzrə regionlararası mərkəzində xidmət edirdi. Ehtimal olunur ki, o, korrupsiyalaşmış güc strukturları və Aslan Usoyan arasında əsas əlaqə bağlayıcısı olub. Həmin il Ded Xasanı şəxsən mühafizə edən bir neçə Şəxsi Mühafizə Müəssisəsinə rəhbərlik edən Andrey Selvyan (Selvi) qətlə yetirilib. 2010-cu ildə Soçidə biznesmen Eduard Kakosyan (Karas), Krasnodarda Timur Sadoyan öldürülüblər. Onların hər ikisi Usoyanla bağlı olublar.

Öldürülən azərbaycanlı “qanuni oğru” “dirilib”

Ded Xasanın “katibi”nin öldürülməsindən təxminən 7 il sonra “Sobesednik” nəşri Çexiya reyestrindəki İlqar Cəbrayılovun adına hüquqi şəxsə toxunur. Onun doğum günü və Moskva qeydiyyatındakı ünvanı mərhum Danabaşın məlumatları ilə tamamilə üst-üstə düşür. O və Praqadan olan İrina Bolonina adlı birisi Çexiyada Mega Color şirkətini təsis ediblər. Bu da Danabaşın Moskvadakı firmasının adı ilə uyğun gəlir. Bu şirkət də alkoqol ticarəti ilə məşğuldur. O, Moskvanın Lyublinski Rayon Məhkəməsində killer Rüfət Gəncəliyə hökm çıxarılmazdan bir neçə həftə əvvəl qeydiyyata alınıb. Ən maraqlısı odur ki, Moskvadakı “Meqa Kolor S.P.” şirkəti də işini davam etdirir. 2017-ci ildə 76 milyon rubl gəlir əldə etdiyi göstərilib. Şirkət hətta bir neçə dəfə arbitraj işi üzrə mühakimə olunub. Doğrudur, “Meqa Kolor S.P.”nin nümayəndəsi iclaslara gəlməyib. 2012-ci ildə isə şirkəti arbitrajda hüquqşünas Hüseynov Etibar Nəcəfqulu oğlu (Cəbrayılovun öldürülməsindən 3 həftə əvvəl qanuniləşdirilən etibarnamə ilə) təmsil edib. O, sonradan fırıldaqçılığa görə mühakimə olunub.

Cəbrayılov öldürüləndə ehtimal edilirdi ki, “katib” postunda onu “qanuni oğru” Yusif Əliyev (Yuska Bakinski) əvəz edəcək. Danabaşın biznesi ilə isə oğlanları məşğul olacaqlar. Yazışmalara görə, Cəbrayılov Elgiz İlqar oğlu adlı birisi Peçatnidə bütün sutka işləyən mağazanın sahibidir. Əliyev Ceyhun İlqar oğlu isə hansısa restorana sahiblik edir.

İlqar Cəbrayılovun öldürülməsindən dərhal sonra kütləvi informasiya vasitələrində dolaşıq məlumatlar yazıldı. Məsələn, "Life" xəbər verirdi ki, Danabaş sağdır: “Həmin gün onun avtomobilində dostu – 52 yaşlı İlqar Əliyev gedirdi”.

Öldürülən azərbaycanlı “qanuni oğru” “dirilib”

Əslində isə öldürülmüş Danabaşın üzərindən İlqar Əliyevin adına pasport çıxıb. Kriminal aləmdə İlqar Əliyev (İlqar Dmanisili) adlı “qanuni oğru” var. Lakin o, Danabaşdan çox cavandır. O, 2012-ci ilin mart ayında (Cəbrayılovun öldürülməsindən bir ay əvvəl) taclandırılıb. Sonradan onu sağ görüblər, 2014-cü ildə isə saxlanılıb və 4 il azadlıqdan məhrum olunub.

2018-ci ildə Azərbaycana deportasiya ediləndən sonra , onu yenidən Kiyevdə saxlayıblar. Ona görə də onun sağ olub-olmadığına şübhələnməyə əsas yoxdur.

Cəbrayılovun üzərindən Əliyevin adına pasport tapılması isə onun ölümü ilə bağlı hansısa intriqaya səbəb olub. Danabaş üçün sənəd saxtalaşdırmaq problem olmayıb. Ded Xasanın ətrafındakıları lazımlı “ksivalar”la məhz o təmin edib. Onun Federal Təhlükəsizlik Xidmətində nüfuzlu tanışları olub ki, bu da kriminal aləmdəkilərin çoxunun xoşuna gəlməyib.

Öldürülən azərbaycanlı “qanuni oğru” “dirilib”

Ehtimala görə, məhz güc strukturları ilə əlaqəsi səbəbindən onu öldürüblər. Bəlkə dolaşıqlıq qəsdən yaradılıb?

Reyestrlərdəki qəribə qeydlərə baxmayaraq, bir şeyi dəqiq demək olar ki, Ded Xasanın “katibi”nin olduğunu hələ ki heç kim təqdim etməyib. Amma bunun tərsi də ola bilər...

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}