16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Novruz Məmmədov deputatlara bütün məsələlərin həll olunacağına söz vermədi
Tarix: 15-03-2019 18:12 | Bölmə: Slayd
Novruz Məmmədov deputatlara bütün məsələlərin həll olunacağına söz vermədi

Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı ilə bağlı müzakirələr başa çatıb.

Reyting.az bildirir ki, spiker Oqtay Əsədov çıxış edən deputatların hamısının hökumətin hesabatını qənaətbəxş saydığını deyib. .

Baş nazir Novruz Məmmədovun sözlərinə görə, hesabatla bağlı deputatlar fikirlərini, iradlarını bildiriblər, görülən işləri dəyərləndiriblər: “Deputatların maraqlı təklifləri, tövsiyələri oldu. Onu da deyim ki, bir çox məsələlərlə bağlı prezidentin tapşırığı ilə bağlı işlər görülür. Məsələn, problemli kreditlərlə bağlı prezidentin sərəncamı var. Mən söz vermirəm ki, bütün qaldırılan məsələlər həll olunacaq. Ancaq məsələlərin həll olunmasına çalışacağıq”.

Sonra hesabat səsə qoyulub və qənaətbəxş sayılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}