16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Bakı Şəhər İcra Hakimiyyətinin strukturunda dəyişiklik edildi - Qərar
Tarix: 17-03-2019 08:56 | Bölmə: Slayd
Bakı Şəhər İcra Hakimiyyətinin strukturunda dəyişiklik edildi

Nazirlər Kabineti 2018-ci il 11 oktyabr tarixli "Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" qərarın "İcra hakimiyyəti orqanları" bölməsində bir sıra dəyişikliklər edib.

Reyting.az
xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən,

“1280” (Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər İqtisadiyyat Komitəsi),

"1281" (Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Memarlıq və Şəhərsalma Baş İdarəsi),

"1282" (Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti),

"1283" (Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Kino Xidməti İdarəsi) və "1286" (Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Ekspertiza Mərkəzi) kodlu sətirlər ləğv edilib.

Həmçinin qərarla "Baş kredit sərəncamçıları" sütununda "1284" (Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi) və “1285” (Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti) kodlu sətirlərdə "Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində" sözləri "Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında" sözləri ilə əvəzlənib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}