Rezidentura təhsilinin qaydaları dəyişdirilib
Tarix: 20-03-2019 09:30 | Bölmə: Slayd
Rezidentura təhsilinin qaydaları dəyişdirilib

Nazirlər Kabinetinin qərarı ilə "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişikliklər edilib.

Qərara əsasən bir sıra ixtisasların adı dəyişdirilib. Belə ki, "Terapiya” "Daxili xəstəliklər” sözləri ilə, "Allerqologiya” "Allerqologiya və immunologiya”, "Mikrobiologiya” "Tibbi mikrobiologiya” və "Genetika” sözü "Tibbi genetika” sözləri ilə əvəz edilib.

Yeni qərarla həm də ixtisasların sayı artırılıb, tədris müddəti müəyyən olunub. Belə ki, "Ailə təbabəti" ixtisası 2 il, "Endodontiya", "Parodontologiya", "Restorativ stomatologiya", "Ortopedik stomatologiya", "Uşaq stomatologiyası", "Ortodontiya", "Uşaq və yeniyetmə psixiatriyası" 3 il, "Nüvə təbabəti", "Neonatologiya", "Uşaq endokrinologiyası", "Uşaq kardiologiyası", "Uşaq nefrologiyası", "Uşaq nevrologiyası", "Uşaq qastroenterologiyası", "Uşaq yoluxucu xəstəlikləri" 4 il, "Uşaq urologiyası", "Uşaq ürək-damar cərrahiyyəsi" ixtisası isə 5 il tədris olunacaq.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}