Zərgərlik kralı Londonda həbs olundu
Tarix: 20-03-2019 19:18 | Bölmə: Slayd
Zərgərlik kralı Londonda həbs olundu

Londonda polislər Hindistandan olan biznesmen Nirava Modini həbs ediblər.

Reyting.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, Hindistan hökuməti onu Punjab National Bankdan 2 milyard dollara yaxın da oğurluqda iştirak etməkdə ittiham edir.

Ekspertlər “Forbes”in 2017-ci ildə varidatını 1,8 milyard dollar dəyərləndirdiyi biznesmenin həbsini Hindistan Xalq Partiyasına seçkiqabağı kampaniya ilə əlaqələndirirlər.

Partiyanın keçmiş lideri həbs olunanla eyni soyadı olan Narendra Modi ölkə hökumətinə rəhbərlik edir.

“Bu, borcunu ödəməyənlərə qarşı mübarizə aparan Modi hökumətinin uğurudur. Bu, Hindistan Xalq Partiyasının xeyrinə olacaq”, - Karnataka Universitetinin politologiya üzrə professoru Xariş Ramasvami söyləyib.

2018-ci ilin yayında Britaniyanın “The Financial Times” qəzeti xəbər verib ki, Nirav Modi siyasi sığınacaq verilməsi xahişi ilə Böyük Britaniyaya gəlib.

Biznesmenin harada olduğu bilinmədiyindən fevral ayının ortalarında ona qiyabi ittiham irəli sürülüb. Hakimiyyət onun Hindistanda gizləndiyini xəbər verirdi.

O, Hindistan tarixində ən böyük bank fırıldaqçılığında şübhəli bilinir. Onun əməli səbəbindən Punjab National Bankdan 2 milyard dollara yaxın pul çıxarıldığı iddia edilir.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}