23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Dövlət qulluğuna qəbul rüsumu artırıldı - Qiymətlər
Tarix: 23-03-2019 10:50 | Bölmə: Slayd
Dövlət qulluğuna qəbul rüsumu artırıldı

Dövlət qulluğuna qəbul zamanı test mərhələsində iştirak ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasının Tarif Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli qərarına əsasən vəzifələr üzrə test imtahanında 1 iştirak üçün qiymətlər müəyyənləşdirilib.

Reyting.az-ın məlumatına görə, dövlət qulluğunun test imtahanlarında iştirak üçün qiymət artırılıb.

Dövlət İmtahan Mərkəzinin saytında qeyd olunan məlumata görə, aprelin 1-dən dövlət qulluğu üzrə imtahanların tarif qiymətlərinə ƏDV tətbiq ediləcək. Nəticə olaraq qiymətlər aşağıdakı kimi olacaq:

• AA - 130 AZN

• AB - 118 AZN

• AC - 106 AZN

• BA - 94 AZN

• BB - 83 AZN.

Qeyd edək ki, bundan öncəki qiymətlər belə idi:

• AA vəzifə qrupu - 110

• AB vəzifə qrupu - 100

• AC vəzifə qrupu - 90

• BA vəzifə qrupu - 80

• BB vəzifə qrupu – 70.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}