23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Stalinin bədbəxt qadınları. Uğursuz nikahları və xoşbəxt gizli sevgisi - Fotolar
Tarix: 25-03-2019 16:05 | Bölmə: Slayd
Stalinin bədbəxt qadınları. Uğursuz nikahları və xoşbəxt gizli sevgisi

Sovet lideri Stalinin həyatında ən azı 5 qadın olub və onlarla davamlı münasibətdə qalıb. Yalnız sonuncu nikahdankənar qadın xoşbəxt ola bilib.

Reyting.az xəbər verir ki, 1919-cu il martın 24-də - düz 100 il əvvəl İosif Stalin özünün sonuncu rəsmi nikahını qeydiyyatdan keçirib. Nadejda Allilueva onun arvadı olub. Bu ittifaq 13 il çəkib və arvadının intiharı ilə nəticələnib. Rəhbərin həyatında çox qadın olub və onun bütün münasibətləri araşdırmaçıların xüsusi maraq vasitəsinə çevrilib.

Millətin liderinin yalnız sonuncu qeydiyyata alınmayan nikahlı xanımı onun üçün həqiqətən yaxın və əvəzsiz adam olub.

Yekaterina Svanidze

Stalin birinci arvadı ilə kilsədə gizli evlənib. Gəlinin 21 yaşı olub, Stalin ondan 6 yaş böyük idi. Yekaterina Savanidze Stalinin yaxın dostu Aleksandr Savanidzenin bacısı idi. O bacısını dostu ilə tanış etmişdi. Bu, Stalin üçün, necə deyərlər, ilk baxışdan sevgi idi. Tanışlıq və toy arasından cəmisi iki ay keçib.

Ər-arvad xoşbəxtliyi uzun çəkməyib. Stalin inqilabi işlərinə görə arvadını çox tez-tez tərk etməli olurdu. İlk övladları Yakova doğulandan sonra Yekaterina ağır xəstəliyə tutulur ( bir versiyaya görə, yatalaq, digərinə görə, tezkeçən vərəmlə). Stalin xəstə arvadına qayğı göstərə bilmir və yalnız son anda, o artıq ölüm ərəfəsində olanda qayıdır.

Stalinin bədbəxt qadınları. Uğursuz nikahları və xoşbəxt gizli sevgisi

Gənc arvadının ölümü Stalinə güclü təsir göstərir. Çoxsaylı şahidlərin dediyinə görə, o, dəfndə çox qəmli görünüb və hətta tabutla birgə qəbirə atılıb. Digər ifadəyə görə, o, tabutun qəbirə salınmasını gözləmədən qəbiristanlıqdan qaçıb. 8 aylıq oğlu Yakob arvadının qohumlarının qəyyumluğuna verilib. O, yalnız 14 yaşı olanda, Stalin onu Moskvaya aparanda ilk dəfə atasını görüb. Sonralar onların arasında münasibət qurulmayıb.

Mariya (Matryona) Kuzakova

Stalinin 1910-1911-ci illərdə Solvıçeqodskda sürgündə olduğu zaman kirayə götürdüyü mənzilin sahibəsidir. Rus-yapon müharibəsi veteranının dul arvadı idi. O, Stalindən 4 yaş böyük olub.

Stalin Kuzakovanın yanına tanışı David Asatianinin məsləhəti ilə yerləşib. Gənc dul qadın təklikdə 4 uşaq böyüdürdü – sürgünə gələn kirayənəşinlər, kömürə görə ödənilən haqlar büdcə üçün böyük kömək idi.

Stalinin Kuzakovanın yanından gedişindən bir neçə ay sonra uşağı doğulur. Uşağın qanunsuz doğullması kimi qeydə alınmaması üçün onu mərhum ərinin adına yazırlar. Lakin bunun üçün kəndə getmək və rahibə yalvarmaq lazım idi ki, uşaq 1908-ci ildə (əri hələ sağ olanda) doğulub.

Stalinin bədbəxt qadınları. Uğursuz nikahları və xoşbəxt gizli sevgisi

Stalinin qızı xatirələrində yazırdı: “Xalalar mənə söyləyirdilər ki, Sibirə sürgünlərindən biri zamanı o yerli kəndli qadınla yaşayıb və haradasa indi onların bir az təhsil alan və səs-küylü ada iddialı olmayan oğlu yaşayır”.

İnqilabdan sonra Kuzakovanın evi muzey kimi kifayət qədər böyük məbləğə alınıb, Mariyaya üstəlik Leninqradda mənzil də alıb, bunu isə 30-cu illərdə etmək o qədər də asan deyildi.

Onun oğlu Konstantin komsomol putyovkası ilə Leninqrad institutuna göndəriş alıb, oranı bitirəndən az sonra Mərkəzi Komitədə aparata işə qəbul olunub. Jdanov və Stalinin şəxsi katibi Poskryebışev – baş katibə daha yaxın iki şəxs ona açıq şəkildə havadarlıq ediblər. Gənc olmasına baxmayaraq, Kuzakov sürətlə əvvəlcə Mərkəzi Komitənin Təbliğat idarəsi rəisinin müavini, sonra mədəniyyət nazirinin müavini olub. Kuzakovun sözlərinə görə, onun Stalinlə qohumluğu ilə bağlı şayiələr uşaqlıqdan hələ təqib edib. Buna onların xarici görünüşcə oxşaqlıqları əsas verirdi.

Mariya Kuzakova Stalinlə sonradan heç vaxt qarşılaşmayıblar. O, 1941-ci ildə Leninqradın mühasirəsi zamanı ölüb.

Lidiya Pereprıqina

Krasnoyarsk diyarı, Turuxansk rayonu, Kureyka kənd sakinidir, Stalin 1914-cü ildən 1916-cı ildək burada sürgündə olub. 14 yaşlı yetimlə 35 yaşlı sürgünçü arasındakı münasibət kənddə qalmaqal yaradır. Qızın qardaşı İona Pereprıqin Stalindən səlahiyyətli orqanlara şikayət edir. Lakin Stalinin qızın 16 yaşı bitəndə evlənəcəyinə and içməsindən sonra, işi bağlayırlar.

Proses toya qədər gedib çıxmır, Stalin 1916-cı ilin axırında sürgündən qaçır. Qız bir neçə il onun qayıdışını gözləyir. Kənddə Stalinin hansısa vətəndaş müharibəsində döyüşdə ölməsi ilə bağlı şayiə yayılandan sonra, o başqasına ərə gedir. Stalinin yaşadığı məlum olandan sonra Lidiya onların münasibəti haqda məlumat yayılmaması qərarına gəlir.

Stalinin bədbəxt qadınları. Uğursuz nikahları və xoşbəxt gizli sevgisi

1956-cı ildə, Xruşşovun şəxsiyyətə pərəstişi aradan qaldırandan sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin rəyasət heyəti bu tarixin araşdırmasını aparıb Krasnoyarsk diyar komitəsinin birinci katibi Averkiya Aristovanın sözlərinə görə, 40-cı illərin axırında Stalinin katibi Poskryebışev ona Krasnoyarsk diyarında hansısa Pereprıqinanları tapmaq və onların taleyini öyrənməyi tapşırıb və qeyd edib ki, bu, Stalinin şəxsi xahişidir.

Aristov axtarış təşkil edib və tezliklə müəyyənləşdirilib ki, Lidiya Pereprıqina-Davıdova inqilaba qədər Stalinlə münasibətdə olub. Bunu onun özü kimi kənd ağsaqqalları da təsdiqləyiblər. O həmçinin söyləyib ki, bu münasibətdən onun oğlu da olub, onun fotosunu da verib.

Aristov Poskryebışevə ətraflı hesabat verməkdən çəkinib, yalnız onu deyib ki, Pereprıqinalar tapılıblar. Aristov bunun hamısını illər keçəndən sonra Xruşşova yazıb, sənədlər rəyasət heyətinin üzvlərinə göndərilib. Mərhum rəhbər haqqında kompromat açıq şəkildə müzakirə olunmayıb. İş üzrə bütün sənədlər Mərkəzi Komitənin arxivinə göndərilib və 90-cı illərə qədər gizli saxlanılıb.

Lidiya Pereprıqina 1964-cü ildə ölüb. Onun nəvəsi Yuri 2016-cı ildə genetik testdən keçirilib. Stalinin nəvəsi kimi təsdiqlənmiş Aleksandr Burdonski, Vasili Stalinin oğlu müqayisə üçün DNT analizi verib. Testin nəticəsi kişi xətti ilə oxşarlığı 99,98 faiz göstərib.

Nadejda Allilueva

Stalinin ikinci və sonuncu rəsmi arvadı olub. Onun keçmiş tanışının qızıdır. Nadejda gələcək əri ilə az müddətə Alliluevaların evində qalanda tanış olub. O vaxt onun 11 yaşı vardı. Onların arasındakı real əlaqə 1917-ci ildə başlayıb. Stalinin 38 yaşı vardı. Nadejdanın yenicə 16 yaşı tamam olmuşdu. Onlar iki “inqilabi bir şəkildə” – münasibətlərini rəsmiləşdirmədən yaşayıblar. 1919-cu il martın 24-də nikah bağlayıblar.

Nikahdan iki uşaq doğulub: Vasili və Svetlana. Ərlə arvadın münasibətini "buludsuz" adlandırmaq çətin olardı: Nadejda evdə oturub evdar qadın olmaq istəmirdi, Stalin isə onun işləməsinin əleyhinə çıxış edirdi. Nadejtanı ərinin ona “sən” deyə müraciət etməsi əsəbiləşdirirdi: inqilaba qədər bu hörmətsizlik əlaməti sayılırdı.

Stalinin bədbəxt qadınları. Uğursuz nikahları və xoşbəxt gizli sevgisi

1932-ci il noyabrın 7-də Kliment Voroşilovun mənzilində inqilabın 15 illiyi qeyd edilirdi. Banketdə ərlə arvad növbəti dəfə mübahisə edir, Allilueva bundan sonra evə gedir və özünü güllələyir. Arvadının bu hərəkəti Stalin üçün şok olur. Kirov və Ordjonikdze hətta onun yanında gecələyib dostcasına rəhbərə bədbəxt hadisədən sonra özünə gəlməkdə kömək etmək istəyiblər. Şayiələr də dolaşırdı ki, Stalin mübahisə səbəbindən arvadını özü güllələyib. Bunu təsdiqləyəcək heç bir sübutu indiyədək tapmaq mümkün olmayıb.

Valentina İstomina

Sonuncu və mümkündür ki, rəhbərin həyatında əsas qadın. 1935-ci ildə 18 yaşlı Valentina Jbıçkina (sonralar İvan İstomina ərə gedib və onu soyadını götürüb), yaxınlarda kənddən Moskvaya gəlib, Zubalovo-4-də (Stalinin baş evlərindən biri olub) ofisiant kimi işə qəbul olunub.

Gənc qızın heç bir əlaqə olmadan belə işə necə götürüldüyü məlum deyil, ancaq o özünü göstərə bilir və 3 il sonra Stalinin Kuntsevodakı sevimli bağ evinə keçirilir. O, həyatının son illərini demək olar həmişə məhz orada keçirib.

Stalinin bədbəxt qadınları. Uğursuz nikahları və xoşbəxt gizli sevgisi

İstomina yavaş-yavaş daha əhəmiyyətli şəxsə çevrilir və faktiki qocalan Stalinin ən yaxın və əvəzsiz adamı olur. Stalinin qızının təsdiqlədiyi kimi, onlar elə ayrılmaz olurlar ki, Stalin hətta onu özü ilə səfərlərə də götürür. İstomina “NKVD”nin ştatına salınır və hətta çavuş rütbəsi də olur. Stalinin mühafizəçilərinin ifadələrinə görə, onun gündüz və gecə istənilən vaxt baş katibin yanına maneəsiz girimək imkanı olub.

Rəhbərin ölümündən sonra İstomina yaxın adamları arasında ən çox əzab çəkən birisi olub. “O, divanın yanında diz üstə çöküb başını mərhumun sinə qoyub kənddəki qadınlar kimi bərkdən ağlayırdı. Onu uzun müddət saxlamaq mümkün olmadı və heç kim də ona mane olmadı”, - rəhbərin qızı xatırlayırdı.

Şəxsiyyətə pərəstişə son qoyulandan sonra Stalinlə yaxınlığına baxmayaraq, İstomina qətiyyən təqibə məruz qalmayıb. Ona 35 yaşında fərdi pensiya verilib, halbuki adətən bunu ancaq dövlət qarşısında xidməti olanlar ala bilərdi. O, sonradan heç yerdə işləməyib.

Valentina İstomina 1995-ci ildə ölüb. Ölənə qədər susmaq vədinə əməl edib: jurnalistlərin ondan müsahibə almaq və İstomina ilə Stalinin münasibətlərini ətraflı öyrənməklə bağlı bütün cəhdləri uğursuz nəticələnib. İstomina hətta ən yaxın qohumlarına belə Stalinin bağındakı 18 illik həyatı barədə heç nə danışmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}