Lukaşenko ölkədən qaçmağa hazırlaşır?
Tarix: 25-03-2019 17:01 | Bölmə: Dünya
Lukaşenko ölkədən qaçmağa hazırlaşır?

Respublikasına artıq 25 ildir sədaqətlə xidmət edən Belarus lideri Aleksandr Lukaşenko qaçmağa hazırlıq görür.

Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, belə şayiələr onun yüksək postu tərk edəcəyi ilə bağlı informasiyadan sonra ortaya çıxıb.

Məlumata görə, Batka bu planı beynində saxlayır, necə deyərlər, birdən ehtiyac yaranarsa, özünün təhlükəsizlik xidmətinə müvafiq tapşırığı versin.

Belarus mətbuatının yaydığı məlumatda isə qeyd edilir ki, Lukaşenko yaxınlıqda özünə sığınacaq axtarmayacaq. Guya o hətta Rusiyanı ehtimal olunan sığınacaq yeri kimi də nəzərdən keçirmir, onun niyyəti Yaxın Şərqə tərəf istiqamətlənməkdir.

“Belarus Respublikası prezidentinin təhlükəsizlik xidməti gözlənilməz vəziyyətdə Aleksandr Lukaşenkonun evakuasiya marşrutunu işləmək üçün əmr alıb. Maraqlıdır ki, təyinat məntəqəsi Rusiya yox, ərəb ölkələrindən biridir”, - müəlliflər yazırlar.

Lakin, məlumat rəsmi deyil. Yayılan məlumatların içində bir həqiqət payı da yoxdur. Məlumatın yayılmasında maraqlı olanlar hələ də məlum deyil.

Lukaşenkonun ehtimal olunan istefası ilə bağlı söhbət Nursultan Nazarbayevin martın 19-da öz qərarı ilə prezident postundan getməsi fonunda ortaya çıxıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}