07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Azərbaycanın müharibəyə başlaması üçün imza toplanacaq
Tarix: 02-04-2019 21:57 | Bölmə: Slayd
Azərbaycanın müharibəyə başlaması üçün imza toplanacaq

Qarabağ Azadlıq Təşkilatının (QAT) İdarə Heyəti iclas keçirib. İclasda hazırki vəziyyətə dair məsələlər müzakirə olunub, bir sıra qərarlar qəbul edilib.

QAT-ın mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, iclasda ömürlük məhbusalar və girovlarla bağlı da fikir mübadiləsi aparılıb, müəyən faktlarla bağlı məlumat verilib. Mitinq və Beynəlxalq Qarabağ Forumunun keçirilməsi ilə bağlı təşkilatın mövqeyi formalaşdırılıb. Azərbaycan və Ermənistanın dövlət və hökumət başçılarının Vyana görüşü müzakirə olunub, digər aktual məsələlərə münasibət bildirilib.

İdarə Heyətinin qəbul etdiyi digər qərarda göstərilir ki, Azərbaycan qanunlarına uyğun olaraq, Dağlıq Qarabağ danışıqlarının dayandırılması və torpaqlarımızın işğaldan azdad edilməsi üçün hərbi əməliyyatların başlanması tələbi ilə 40 min və daha çox imzanın toplanmasına başlanılsın. Toplanan imzalar Milli Məclisə təqdim olunsun, eyni zamanda Azərbaycan Prezidenti və Ali Baş Komandana müharibənin başlanması tələbi ilə petisyanın kütləvi şəkildə imzalanmasına start verilsin.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}