Bu gün 27 659 şagird buraxılış imtahanı verəcək
Tarix: 07-04-2019 09:56 | Bölmə: Slayd
Bu gün 27 659 şagird buraxılış imtahanı verəcək

Bu gün Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir.

İmtahan saat 11.00-da başlayacaq.

Buraxılış imtahanında şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir.

Reyting.az Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda 63 imtahan mərkəzi təşkil edilib.

İmtahanda 27 659 nəfər 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 189 imtahan rəhbəri, 2192 nəzarətçi‑müəllim, 207 buraxılışı təşkil edən əməkdaş, 63 bina nümayəndəsi ayrılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}