17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Baş Prokurorluğun binası Vəkillər Kollegiyasına verildi - Sərəncam
Tarix: 09-04-2019 23:23 | Bölmə: Slayd
Baş Prokurorluğun binası Vəkillər Kollegiyasına verildi

Baş Prokurorluğun balansında olan inzibati bina Vəkillər Kollegiyasının istifadəsinə verilib.

Baş nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Baş Prokurorluğun balansında olan, Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi, 49 ünvanında 954,2 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 718,3 kv.m olan (mərtəbəlilik 3 və 1) inzibati bina Vəkillər Kollegiyasının əvəzsiz istifadəsinə verilib.

Baş Prokurorluq, Vəkillər Kollegiyası, Əmlak Məsələləri Dövlət Komitəsi və Gəncə şəhər İcra Hakimiyyətinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu sərəncam aprelin 9-dan qüvvəyə minir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}