MSK İlqar Məmmədov və “ReAl”ın təklifi ilə işçi qrup yaratdı – Yoxlama başlayır
Tarix: 09-04-2019 23:48 | Bölmə: Slayd
MSK İlqar Məmmədov və “ReAl”ın təklifi ilə işçi qrup yaratdı – Yoxlama başlayır

Mərkəzi Seçki Komissiyası (MSK) “ReAl” siyasi hərəkatının bir sıra qanunların qəbul edilməsi məqsədilə Milli Məslisə təqdim etdiyi imzaların öyrənilməsi üçün işçi qrupu yaradıb. Reyting.az “AzərTAc”-a istinadla xəbər verir ki, MSK-nın bugünkü iclasında müvafiq qərar qəbul olunub.

Məlumata görə, işçi qrupu “ReAl” siyasi hərəkatının təşəbbüs qrupu tərəfindən parlamentə təqdim edilmiş 41 min 500 imzanın həqiqiliyini və imzaların seçki yaşına çatmış Azərbaycan vətəndaşlarına aidiyyatını yoxlayacaq.

Qrupun tərkibinə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və Daxili İşlər Nazirliyinin mütəxəssisləri daxildir. İşçi qrupunun koordinatoru isə Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev təyin olunub.

Prosesin başa çatmasından sonra işçi qrupunun rəyləri və protokollar Milli Məclisə təqdim ediləcək.

Qeyd edək ki, “ReAl” hərəkatı Bakıda mer seçkiləri, bank kreditlərini ödəyən fiziki və hüquqi şəxslərə devalvasiya nəticəsində dəymiş ziyanın kompensaiyası, həmçinin dövlət tərəfindən ali təhsil haqlarının ödənilməsi haqqında qanunların qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}