16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Təhsil Nazirliyində məktəblinin intiharı ilə bağlı iclas keçirilib
Tarix: 10-04-2019 17:32 | Bölmə: Slayd
Təhsil Nazirliyində məktəblinin intiharı ilə bağlı iclas keçirilib

162 saylı tam orta məktəbdə aprelin 4-də baş vermiş məlum hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.

Təhsil Nazirliyinin məlumatına görə, iclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.

Qeyd edək ki, aprelin 4-də Bakı şəhəri, Səbail rayonu, Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, aprelin 6-da xəstəxanada vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir. Eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 saylı tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}