Hakimiyyətdən Avropa Birliyi ilə məsələyə aydınlıq gətirmək tələb olunur
Tarix: 12-04-2019 17:13 | Bölmə: Slayd
Hakimiyyətdən Avropa Birliyi ilə məsələyə aydınlıq gətirmək tələb olunur

Qarabağ Azadlıq Təşkilatı (QAT) Avropa Birliyi ilə Azərbaycan arasında bağlanacaq sazişdə ölkəmizin ərazi bütövlüyü məsələsinin yer almadığına dair sosial mediada yayılan xəbərlərə aydınlıq gətirilməsi tələbi ilə bəyanat qəbul edib.

Reyting.az təqdim olunan bəyantada deyilir ki, bəzi şəxslərin sosial şəbəkələrdə yaydıqları iddialara görə, gələn ay Avropa Birliyi və Azərbaycan arasında imzalanması gözlənilən saziş sənədində Azərbaycanın ərazi bütövlüyünün vacibliyi göstərilmir:

QAT-ın bəyanatında daha sonra qeyd edilir:

“Biz Azərbaycanla Avropa Birliyi arasında sazişin hazırlanması, aparılan müzakirələri diqqətlə izləmişik və müşahidələrimizə görə, Azərbaycan bu məsələdə prinsipial mövqedə olub, Ermənistan isə Avropa Birliyini yanlış mövqeyə təhrik etməyə çalışıb. Ona görə də inanmırıq ki, Azərbaycan bu prinsipial məsələdə güzəştə getsin.

Biz hesab edirik ki, bütün beynəlxalq sənədlərdə, o cümlədən Avropa Birliyi ilə imzalanacaq sazişdə Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu, Ermənistanın işğalçı qüvvələrinin həmin ərazini dərhal tərk etməsinin vacibliyi ilə bağlı məsələ aydın şəkildə öz əksini tapmalıdır”.

QAT Azərbaycan hakimiyyətindən Avropa Birliyi ilə saziş layihəsində yer alan məsələlərə aydınlıq gətirilməsini tələb edir.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}