16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Fəlakətin İrana vurduğu ziyan 7,6 milyard dollara çatdı
Tarix: 14-04-2019 15:42 | Bölmə: Slayd
Fəlakətin İrana vurduğu ziyan 7,6 milyard dollara çatdı

Həftələrdir şəhərlər və kəndlərin sel suları altında olduğu ölkədə, 76 nəfər də həyatını itirib.

Reyting.az xarici mətbuata istinadla bildirir ki, İranın daxili işlər naziri Abdurrıza Rəhmanı Fazalı, ölkənin 25 əyalətinə təsir edən sel fəlakətin maddi zərərinin 7 milyard 619 milyon dollar olduğunu deyib.

Ölkədəki sel fəlakəti barədə millət vəkillərinə məlumat vermək üçün Məclis Baş Assambleyasında iştirak edən Fazalı, maddi zərərə dair açıqlama verib.

Fazalı, təxminən bir aydır davam edən şiddətli yağış səbəbilə meydana gələn sel fəlakətinin 25 əyalət və 4 min 400 kəndə təsir etdiyini bildirərək bu ana qədər yaranan maddi zərərin 7 milyard 619 milyon dollar olduğunu bildirib.

İranda martın 17-dən bu yana davam edən şiddətli yağışlar ölkədəki 31 əyalətdən 25-ni təsiri altına alıb. Təsirli olduğu bölgələrdə ciddi ziyana yol açan sel fəlakətində ölkə daxilində 76 nəfər həyatını itirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}