14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Moskvada azərbaycanlı sahibkarlar çürük kartofa görə atışdılar - Ölən var
Tarix: 14-04-2019 20:26 | Bölmə: Slayd
Moskvada azərbaycanlı sahibkarlar çürük kartofa görə atışdılar

Aprelin 14-də gecə Moskva ətrafındakı Lenin rayonunda azərbaycanlıların çürük kartofa görə çəkişməsi şiddətli atışmaya gətirib çıxarıb.

Reyting.az Rusiya mətbuatına istinadən xəbər verir ki, başından yaralanan kişilərdən biri dostunun maşınında xəstəxanaya aparılanda ölüb.

Məlumata görə, bir həftəyə yaxın əvvəl meyvə və tərəvəz alveri edən kommersantlar öz həmyerlilərindən 15 ton kartof alıblar. Bunun üçün 300 min rubl ödənilib. Onlar minimum 1,5-2 dəfə çox gəlir götürməyi nəzərdə tutublar. Ancaq evə gələndə qanları qaralıb. Kisələrə baxanda don vuran kartofun havanın temperaturunun artması ilə çürüməyə başladığını görüblər.

Biznesmenlər pullarını asanca itirmək istəməyiblər – onlar kartof aldıqları yerə gələrək keyfiyyətsiz məhsula görə verdikləri pulun geri qaytarılmasını tələb ediblər. Satıcılar kartof kisələrini geri qəbul ediblər, pulun qaytarılması məsələsində vaxt verilməsini təklif ediblər.

Pulun qaytarılacağı yer kimi aprelin 14-də gecə İzmaylovi qəsəbəsi yaxınlığındakı yol təyin olunub. Güman edilir ki, kartof satan satan sahibkarlar heç nə qaytarmağa hazırlaşmayıblar, orada yüksək tonla danışıq gedib, sonra atəş açılıb.

Güllə alıcıları aldadan 32 yaşlı Rəsulun qarnından dəyib, onun şəriki Aqil isə başından vurulub.

Yaralılar yardım üçün Moskvadakı xəstəxanalardan birinə tələsiblər. Aqil sükan arxasına keçib, ancaq Moskvaya çatsalar da, Aqil birdən maşındakı dostunun xırıldayıb nəfəsinin kəsildiyini hiss edib. O, Lipetski küçəsində maşını saxlayaraq “təcili yardım” çağırıb. Artıq gec olub, Rəsul qan itirməsi səbəbindən ölüb.

Aqil xəstəxanaya yerləşdirilib. Müstəntiqlər hazırda bütün münaqişə iştirakçılarını müəyyənləşdirir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}