Azərbaycan hökuməti islahatlara hazırlaşır
Tarix: 15-04-2019 08:44 | Bölmə: Slayd
Azərbaycan hökuməti islahatlara hazırlaşır

“Azərbaycanın yeni iqtisadi modeli hazırlanır”. Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Əli Həsənov Xəzər TV-yə müsahibəsində deyib ki, yeni model bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır və sahibkarlara daha yaxşı şəraitin yaradılmasını nəzərdə tutur.

Prezidentin köməkçisi onu da əlavə edib ki, yeni iqtisadi model həyata keçirilən islahatların davamıdır.

Ə. Həsənovun sözlərinə görə, iqtisadi sahədə həyata keçirilən islahatlar artıq başlanğıc mərhələsində öz effektini verib. Bunun ən bariz nümunəsi vergi və gömrük daxilolmalarındakı artımdır.

Sosial islahatlardan da danışan Prezidentin köməkçisi bunun davamlı proses olduğunu deyib.

Azərbaycan hökuməti islahatlara hazırlaşır
Ə. Həsənov

Əli Həsənov əlavə edib ki, yeni sosial-iqtisadi islahat paketi xalq tərəfindən də dəstəklənir. Bunu Fransanın "Opinion Way" şirkətinin keçirdiyi sorğunun nəticələri də göstərir.

Həsənov diqqətə çatdırıb ki, bütün sahələrdə islahatlar davamlı olacaq. Dövlət artan imkanlarını vətəndaşların rifahına yönəldəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}