Nazirdən prezidentliyə namizədlərə çağırış: Debat ərəfəsi araq içməyin
Tarix: 19-04-2019 15:52 | Bölmə: Siyasət
Nazirdən prezidentliyə namizədlərə çağırış: Debat ərəfəsi araq içməyin

Ukraynanın səhiyyə naziri vəzifəsini icra edən Ulyana Suprun prezidentliyə namizədlər Pyotr Poroşenko və Vladimir Zelenskiyə seçkiqabağı debatlarda inamlı olmaq, xüsusilə stressin öhdəsindən gəlmək üçün məsləhət verib.

Reyting.az Ukrauyna mediasına istinadla bildirir ki, nazir əvəzinin sözlərinə görə, ictimaiyyət qarşısında çıxış zamanı namizədlərin görkəmi və vəziyyəti düzgün seçmələri lazımdır, bu halda nəfər almaq və danışmaq daha rahat olur.

Suprunun versiyasına görə, namizədlərin özlərinə əminliyinə tamaşaçılarla vizual əlaqə məhdudlaşdırılmış miüqdarda su içmək kömək olacaq. O, Ukrayna prezidentliyinə namizədlərin spirtli içkidən istifadə etmələrini isə qətiyyən məsləhət görmür.

- Alkoqol həyəcanı bir qədər azalda bilər, amma təhlükəsiz dozada alkoqol yoxdur. İkincisi, məstlik nitq və düşüncəni bəlkə daha da yaxınlaşdıracaq, amma alkoqolun miqdarı qana düşəndə, həyəcan daha da güclənəcək, - Ulyana Suprun vurğulayıb.

Xatırladaq ki, aprelin 19-da Kiyevdə Zelenski və Poroşenkonun seçkiqabağı debatı keçiriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}