Keçmiş prezidentin evindən milyonlarla avro tapıldı
Tarix: 20-04-2019 16:38 | Bölmə: Slayd
Keçmiş prezidentin evindən milyonlarla avro tapıldı

Sudanın hərbi prokurorluğunun müstəntiqləri keçmiş prezident Omar əl-Bəşirin son zamanlara yaşadığı evdə milyonlarla avro və bir neçə milyard yerli valyuta aşkar ediblər.

Reyting.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə,, axtarış zamanı 6 milyon avro, 351 min dollar, eləcə də 5 milyard Sudan funtu (təxminən 105 milyon dollar) götürülüb.

Həmin pullar sonradan Mərkəzi Banka yerləşdirilib.

Keçmiş prezidentin evindən tapılan külli miqdarda pul, o cümlədən xarici valyuta ilə bağlı korrupsiya cinayəti işi açılıb.

Sudanda hərbi çevriliş aprelin 11-də 4 ay davam edən xalq etirazlarından sonra baş verib. Prezident Omar əl –Bəşir hakimiyyətdən uzaqlaşdırılıb, sonradan bir neçə ailə üzvü və yüksək vəzifəli məmurlarla birgə həbsxanaya yerləşdirilib.

Hakimiyyəti ordunun formalaşdırdığı keçid hərbi şurası ələ alıb, iki il müddətində ölkənin rəhbərliyini seçilən hakimiyyətə ötürmək niyyətindədir. Ancaq hərbçilərin vədlərinə baxmayaraq, xalqın etirazları səngimir. Etirazçılar tezliklə vətəndaş idarəetmə orqanlarının formalaşdırılması və hakimiyyətin bütün səlahiyyətlərinin ona verilməsini tələb edirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}