14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Deputat: “Ölkədə islahatlar dərinləşdikcə, təxribatların miqyası genişlənəcək”
Tarix: 20-04-2019 19:07 | Bölmə: Slayd
Deputat: “Ölkədə islahatlar dərinləşdikcə, təxribatların miqyası genişlənəcək”

“İnkişaf etmiş Qərb-xristian dünyasının yaradacağı təhlükələrə əhəmiyyət vermədən prezident islahatları dərinləşdirir. İri istehsal müəssiələri investisiya müsabiqəsinə çıxarılır, qanunun aliliyinin təmin olunması üçün məhkəmə-hüquq islahatlarına başlanılıb. Aqrar sektorun inkişafı üçün ciddi işlər görülür, ordunun döyüş qabiliyyəti artırılır”.

Reyting.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənqiliyev deyib. Q. Həsənquliyevin sözlərinə görə, vaxtilə ABŞ səfiri Ramiz Mehdiyevə deyirdi ki, "insanları küçələrdən yığışdırın”. Müxalifətə isə həmin vaxt başqa sözlər deyirdi və başqa bəyanatlar verirdi; “Qərbin ölkəmizdə demokratik dövlət quruculuğu prosesinə kömək etmək üçün çox böyük imkanları olduğu halda heç vaxt bunu etməyib. Etdikləri isə qarşılığında nələrisə öyrənmək və bu yolla proseslərə mane olmaq məqsədi daşıyıb”.

Deputat bildirib ki, İlham Əliyev fərqindədir ki, islahatlar sürətləndirilsə, Qərb Azərbaycanda sabitliyi pozaraq inqilab etməyə, ölkəni daha 50 il geri atmağa cəhd edəcək. Onlar bacardıqları qədər xristian ölkəsi ilə müharibə vəziyyətində olan müsəlman Azərbaycanın siyasi və iqtisadi baxımdan inkişaf etmiş, müasir, böyük beynəlxalq nüfuza malik güclü bir dövlətə çevrilməsinə imkan verməməyə çalışacaqlar. Bu məqsədlərinə çatmaq üçün çalışacaqlar ki, daxildə hakimiyyət uğrunda 1993-cü ildəkindən də qanlı savaşlar törətsinlər. Radikal müxalifət düşərgəsində, ortada heç nə olmaya-olmaya öncüllük üçün bir-birinə "qardaş” deyib, amma bir-birinə qarşı hər cür mənəviyyatsızlığa əl atanlar, görün, xaricdən real hakimiyyət vədi alarlarsa, nələr edərlər... Qardaş qırğınına belə gedərlər.

BAXCP sədrinin sözlərinə görə, xristian dünyası bilir ki, güclü, demokratik, inkişaf etmiş Azərbaycan, hansı ki, bu yalnız islahatlar yolu ilə mümkündür, təkcə sözdə yox, əməldə də işğalla barışmayacaq. “Onlara isə müharibə lazım deyil. Torpaqlarımızın xristian ermənilər tərəfindən məskunlaşdırılması, təbii sərvətlərərimizdən və nəqliyyat infrastrukturumuzdan istifadə lazımdır. Amma zamanında bu siyasətlərinin nə dərəcədə yanlış olduğunu anlayacaqlar.

Qərbin istəklərinin nəzərə alınması və islahatların gecikdirilməsi isə sosial partlayışların baş verməsi ehtimalına görə daha təhlükəlidir.

Vaxtilə söyləmişdim ki, islahatlar dərinləşdikcə təxribatların miqyası genişlənəcək. Amma biz xalqımızla bizi gözləyən təhlükələr barədə açıq danışmalı, təxribatlardan qorxmamalıyıq.

Ona görə də mən bəzi riskləri göz önünə alıb daha cəsarətli və daha çevik siyasət yürüdülməsinə çağırıram”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}