Bir neçə qurumda çalışanlara verilən kompensasiyalar artırıldı - Dəyişiklik
Tarix: 23-04-2019 09:31 | Bölmə: Slayd
Bir neçə qurumda çalışanlara verilən kompensasiyalar artırıldı

Baş nazir Novruz Məmmədov polislər, prokurorluq əməkdaşları, hərbi qulluqçular, Miqrasiya Xidməti əməkdaşlarının sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün Nazirlər Kabinetinin bir sıra qərarlarına dəyişiklik edib.

Reyting.az
həmin dəyişiklikləri təqdim edir:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına 4 nömrəli əlavə - “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci abzasda “47” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;

1.2. üçüncü abzasda “33” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilsin;

1.3. dördüncü abzasda “27” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin və üçüncü-beşinci abzaslar dördüncü-altıncı abzaslar hesab edilsin: “Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.

2. “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” qərarın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

2.1. ikinci abzasda “şərti maliyyə vahidi məbləğinin 43 misli miqdarında” sözləri “150 manat” sözləri ilə əvəz edilsin;

2.2. üçüncü abzasda “şərti maliyyə vahidi məbləğinin 30 misli” sözləri “75 manat” sözləri ilə əvəz edilsin;

2.3. dördüncü abzasda “şərti maliyyə vahidi məbləğinin 25 misli miqdarında” sözləri “55 manat” sözləri ilə əvəz edilsin;

2.4. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin və üçüncü-beşinci abzaslar dördüncü-altıncı abzaslar hesab edilsin: “Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 iyul tarixli 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

3.1. 2.1-ci bənddə “47” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;

3.2. 2.2-ci bənddə “33 ” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilsin;

3.3. 2.3-cü bənddə “27” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin;

3.4. aşağıdakı məzmunda 2.1-1- ci yarımbənd əlavə edilsin:

“2.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.

4. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərarının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

4.1. 1.1-ci bənddə “47,30” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;

4.2. 1.2-ci bənddə “33” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilsin;

4.3. 1.3-cü bənddə “28” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin;

4.4. aşağıdakı məzmunda 1.1-1- ci yarımbənd əlavə edilsin:

“1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

5.1. 2.1.1-ci yarımbənddə “47” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;

5.2. 2.1.2-ci yarımbənddə “33” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilsin;

5.3. 2.1.3-cü yarımbənddə “28” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin;

5.4. aşağıdakı məzmunda 2.1.1- 1-ci yarımbənd əlavə edilsin:

“2.1.1-1 Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.

Bu Qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}