Dövlət qurumları birləşdirildi – Siyahı
Tarix: 19-10-2016 16:22 | Bölmə: Slayd

Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturunun təkmilləşdirilməsi məqsədi ilə qərar qəbul edib.

Qərara əsasən, "Azərsu” ASC-nin Ekologiya İdarəsi "Bakı Sukanal” İdarəsinə , "Azərsu” ASC-nin H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi və Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi Ceyranbatan Su Təchizatı İdarəsinə birləşdirilib.

"Azərsu” ASC-nin "Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti, "Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyəti "Azərsu” ASC-nin "Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxs kimi müəyyən ediliblər.

"Azərsu” ASC-nin "Mingəçevir Sukanal” İdarəsi və "Şirvan Sukanal” İdarəsi "Azərsu” ASC-nin strukturundan çıxarılaraq "Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibinə daxil ediliblər.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və "Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll edəcəklər.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}