Komitə xalqı təhqir edən deputatla bağlı qərar verib - Ağacan Əbiyev
Tarix: 27-12-2016 15:41 | Bölmə: Slayd

Bu gün saat 13:00-da Milli Məclisin İntizam Komitəsininiclası keçirilib.

Reyting.az-ın məlumatına görə, İntizam Komitəsinin sədri, millət vəkili Ağacan Əbiyev AzNews.az-a deyib ki, həmin iclasda deputat Astan Şahverdiyevin özü dəiştirak edib:

"İclasda Astan Şahverdiyevin dekabrın 24-də "Azadlıq radiosu”na verdiyi açıqlama müzakirə olundu. Qərara alındı ki, o, etdiyi təhqirə görə Azərbaycan xalqından üzr istəsin. Səhvini böynuna aldı."

Deputat A.Şahverdiyevin iclasda çıxışından da danışdı:

"Astan müəllim dedi ki, "Rusiyada yaşamışam və orada böyük hörmətim var. Mənim xalqıma hörmətim var." Onun bütün çıxışı qeyd olunub vəsabah mediyada yayımlanacaq."

A.Əbiyev onu da qeyd edib ki, Astan Şahverdiyevə başqa cəza verilməyib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}