Təhsil Nazirliyi müəllimlərlə bağlı qalmaqala aydınlıq gətirib
Tarix: 28-12-2016 18:05 | Bölmə: Slayd

Cənub bölgəsində keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri ilə bağlı xoşagəlməz məlumatlar yayılıb.

Bildirilir ki, müəllimlərin imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən – öz ixtisasından 0 (sıfır) qiymət alıb.

Reyting.az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-a deyib ki, artıq iki gündür bir çox media orqanlarında diaqnostik qiymətləndirmədə 0 bal toplayan müəllimlər haqqında qeyd və şərhlərə rast gəlinir. Əsas istinadı hansısa Facebook postu olan bu "məlumatlar” həqiqəti əks etdirmir.

C.Valehovun sözlərinə görə, 2016-cı ilin son iki ayı ərzində ölkənin 26 bölgəsində 35 mindən artıq müəllim diaqnostik qiymətləndirməyə cəlb olunub.

"Diaqnostik qiymətləndirmənin sonuncu mərhələsi Azərbaycanın cənub bölgəsinin müəllimlərini əhatə edib. Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimindən 1152 nəfəri 80 %-dən yuxarı nəticə qazanıb. Bu müəllimlər arasında 0 bal alan yoxdur.

Eyni zamanda bu il diaqnostik qiymətləndirmədə iştirak edən 35 min müəllimdən heç birinin nəticəsi 0 bal olmayıb”,-deyə C.Valehov bildirib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}