General agentlərin bir milyon manatını mənimsəyib – İttiham aktı
Tarix: 05-01-2017 16:09 | Bölmə: Slayd


Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə 2013-cü ilin oktyabr ayında xüsusi xərclər smetasından ayrılmış pul vəsaitindən 1 milyon manatın mənimsənilməsi ilə bağlı epizod məlum olub.

İttiham aktında qeyd edilib ki, istintaq zamanı S.Qurbanov, F.Əliyev və qeyriləri tərəfindən MTN-nin Maliyyə idarəsinin kassasından xüsusi xərclər smetasından ayrılmış pul vəsaitlərindən 1 milyon manat guya muxtəlif agentlərə mükafat kimi verilməsi üçün götürülüb.

Lakin həmin pulların təyinatı üzrə xərclənməyərək, MTN əməkdaşları tərəfindən mənimsənildiyi toplanan təkzibedilməz sübutlarla tam təsdiqini tapıb.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) istintaqa təqdim edilən 04.07.2016-cı il tarixli 4/1598 nömrəli xidməti araşdırmaya dair arayışından görünür ki, S.Qurbanovun verdiyi vəkalətnamələr əsasında Baş idarənin əməkdaşları tərəfindən Maliyyə idarəsinin kassasından ümimilikdə 9 nəfər agentin birdəfəlik mükafatlandırılması üçün 1 milyon manat pul vəsaiti götürülüb.

Xidməti yoxlama zamanı müəyyən edilib ki, həmin agentlərin göstərilən yüksək məbləğlərdə (100.000-150.000 manat olmaqla) birdəfəlik pulla mükafatlandırılmaları üçün S.Qurbanov tərəfindən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məruzə edilib. Raportlarda göstərilən istiqamətlər üzrə əməliyyat mənbələrindən zəruri əməliyyat əhəmiyyətli məlumatlar alınmayıb və bu haqda müvafiq arayışlar tərtib edilməyib. Ümumiyyətlə isə həmin pul vəsaitlərinin MTN-in xüsusi xərclər smetasından ayırlmasının heç bir məqsədəuyğunluğu və əməliyyat zəruriliyi olmayıb və onlar təyinatı üzrə istifadə edilməyib. Həmin pul vəsaitləri Maliyyə idarəsinin kassasından götürülüb, əməkdaşların bir qismindən izahatlar alınıb və sözügedən agentlərlə nəzarət görüşləri keçirilib.

Qeyd edək ki, S.Qurbanov Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 320.1, 320.2, 341.2.1, 341.2.2, 341.2.3-cü maddələri ilə ittiham olunur.(Report)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}