14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Artur Rasi-zadə hesabat verməyə hazırlaşır
Tarix: 09-01-2017 10:57 | Bölmə: Cəmiyyət


Milli Məclisin tətili bitdikdən sonra komitələr işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirir.

Parlamentin yaz sessiyasının ilk planer iclası isə fevral ayının 1-də olacaq.

Reyting.az saytı Modern.az-a istinadla xəbər verir ki, Milli Məclisin yaz sessiyasının 5-ci iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat dinləniləcək.

Qeyd edək ki, bu prosedur, "Milli Məclisin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

Daha sonra isə hesabatın müzakirəsi başlanır.

Hesabat əvvəlcədən tanışlıq üçün Milli Məclisə təqdim olunur, deputatlara paylanılır.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}