14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Donald Tramp: “ABŞ-la Rusiya bir çox problemin həllində birgə çalışacaq”
Tarix: 09-01-2017 15:15 | Bölmə: Slayd


ABŞ prezidenti seçilən Donald Tramp öz Twitter hesabından prezidentlik vəzifəsini təhvil alandan sonra ABŞ-ın Rusiya ilə quracağı münasibətlərə yönəlmiş bəyanatlar verib.

Tramp Rusiya ilə yaxşı münasibətlər qurmağın lazım olduğunu bildirərək "Sadəcə axmaq insanlar Rusiya ilə yaxşı münasibətlər qurmağın pis olduğunu düşünə bilər",- ifadəsini işlədib.

Dünyada kifayət qədər problem olduğunu ifadə edən Tramp prezident vəzifəsini icra etməyə başlayanda Rusiyanın ABŞ-a daha çox hörmət göstərəcəyini və iki ölkənin bir çox problemin həllində birgə çalışacağını bildirib.

Qeyd edək ki, Amerika kəşfiyyat idarəsinin "Rusiyanın Trampın qələbəsini təmin etmək üçün ABŞ-dakı prezident seçkilərinə kiber hücumlar yolu ilə müdaxilə etdiyi" iddialarını əks etdirən hesabatı açıqlamışdı.(Moderator.az)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}