13:18 / 21-08-2017
Oğru və qəhrəman
12:28 / 21-08-2017
Şeytana lənət!
12:10 / 21-08-2017
Qulağı buruq deputatlar
İlham Əliyev: “Maaşlar və pensiyalar yenə artmalıdır”
Tarix: 10-01-2017 14:58 | Bölmə: Gündəm


Ötən il Azərbaycanda sosial məsələlərin həlli diqqət mərkəzində olub.

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, maaşlar 7, pensiyalar 8 % artıb və yenə də artmalıdır.

Prezidentin sözlərinə görə, bununla yanaşı, kommunal xidmətlərin differensiallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb, orta təbəqənin maraqları nəzərə alınıb:

"Sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 məktəb tikilib, 41 tibb müəssisəsi tikilib və ya təmir edilib. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb. Bundan əlavə, "Asan xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılıb. İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub və göstərilən xidmətlərin sayı artırılıb”.(APA)




587 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər