18:45 / 19-01-2017
UEFA "Qarabağ"a pul ayırıb
18:26 / 18-01-2017
Lavrovu qınamayın
Rusiyaya əlavə sanksiyalar tətbiq olunacaq - Layihə hazırlayıblar
Tarix: 11-01-2017 14:46 | Bölmə: Slayd

Bir qrup ABŞ senatoru Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsi hazırlayıblar.

Bu barədə Vaşinqtonda mətbuat konfransında senator Ben Kardin bildirib.

"Bu təfsilatlı qanun layihəsi Amerika maraqlarının əleyhinə fəaliyyət həyata keçirən Rusiyaya qarşı əlavə sanksiyalar nəzərdə tutur. Biz hücuma məruz qalmışıq, bizə Rusiya Federasiyası hücum edib. Bu artıq müzakirə predmeti deyil”,- deyə Kardin qeyd edib.

Onun sözlərinə görə, sanksiyalar ABŞ və Ukraynaya qarşı kiberhücumlara, insan haqlarının pozulması və korrupsiyaya görə məsuliyyət daşıyan fiziki şəxslərə qarşı tətbiq ediləcək.

Bundan başqa, qanun layihəsinin bir hissəsi Rusiyanın Ukrayna, Suriya, Gürcüstan və Krımla bağlı fəaliyyətini əhatə edir.

Qanun layihəsi hər iki partiyanın nümayəndələri – respublikaçı Con Makkeyn, demokratlar Kardin və Robert Menendes tərəfindən hazırlanıb.

Qeyd edək ki, Moskva Vaşinqtonun kiberhücumlarla bağlı ittihamlarını rədd edir(apa).




106 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər