16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazirlər Kabineti gömrük rüsumunda dəyişiklik edib - Qərar
Tarix: 12-01-2017 12:15 | Bölmə: Slayd

Azərbaycandan ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı genişləndirilib.

Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”nə etdiyi dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən Azərbaycandan ixrac edilən saflaşdırılmış misdən məftil və prokat hazırlanması üçün biçmələr, digər saflaşdırılmış mis, mis əsasında liqaturalar, saflaşdırılmış misdən çubuqlar və profillər, digər mis ərintilərindən çubuqlar və profillər gömrük dəyərlərinin 10 faizi, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla ixrac rüsum dərəcəsinə cəlb ediləcək.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 5 il müddətində qüvvədədir.(APA)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}