16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Banklar dolları yenidən bahalaşdırıb – Məzənnə
Tarix: 12-01-2017 17:03 | Bölmə: Slayd

4 faizlik marjanın ləğvindən sonra banklar sərbəst məzənnələri elan etməyə başlayıblar.

Reyting.az xəbər verir ki, hərraca çıxarılan dollar kütləsi bankların ehtiyaclarını tam ödəməyib.

Məlumata görə, tələbatın yüksək olması, həmçinin satış məzənnəsinə qoyulan məhdudiyyətin götürülməsi dərhal dolların qiymətinə təsir edib. Hazırda banklarda dolların satış məzənnəsi 1.88 manata qədər yüksəlib. Bu, Mərkəzi Bankın orta çəkili məzənnəsindən 5.7 faizə yaxın yüksəkdir(Fins.az).

Məlumatda qeyd edilir ki, səhər saatlarında banklarda dolların satış qiyməti ilə günortadan sonra elan etdikləri məznnə arasında ciddi fərq yaranıb və banklarda dolların son satış kursu belədir:

Ziraat Bank Azərbaycan - 1,8800

Yapı Kredi Azərbaycan - 1,8807

Bank Respublika - 1,8720

Turanbank - 1,8700

Kapital Bank - 1,8720

Paşa Bank - 1,8750.

Bu gün keçirilən hərraca gəlincə, Mərkəzi Bankdan bildirilir ki, hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilib, sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilib.

Hərracda manatın orta çəkili məzənnəsi 1.7867 manat səviyyəsində formalaşıb.

Xatırladaq ki, bu günə qədər dolların manata rəsmi münasibətində belə rekord səviyyə olmayıb.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}