16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ölkədə daha bir bahalaşma: İndi də benzinin qiyməti qalxıb
Tarix: 13-01-2017 11:44 | Bölmə: Slayd


Bakıdakı yanacaqdoldurma məntəqələrində Avropa standartlarına uyğun "Aİ-95 Premium" benzin bahalaşıb.

Məlumata görə, "Aİ-95 Premium" benzinin qiyməti 0,95 AZN-dən 1,05 AZN-ə qaldırılıb.

Qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istfadə etdiyi "AI-92” markalı benzinə şamil edilməyib.

Qeyd edək ki, "Aİ-92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Bu markadan olan benzin ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.

İqtisadçı-ekspert Natiq Cəfərli məsələni şərh edərkən deyib ki, benzinin qiymətinin qalxacağı haqqında şaiyələr gəzir, hətta gecələr yatmayan Tarif Şurasının məsələyə münasibəti də yayılıb ki, belə bir məsələ yoxdur.

Reyting.az-ın məlumatına görə, N.Cəfərli bildirib ki, "Aİ 95” markalı benzinin qiymətini Tarif Şurası müəyyən etmir, bu səbəbdən də bahalaşma mümkündür:

"Güya, bu da "üzən" rejimdə olmalı, qiymət rəqabətli mühitdə müəyyən olunmalı idi. Sadəcə, bu ölkədə əsl rəqabət tək bir yerdə - toyda oynamaqda olur deyə, qiymət heç dəyişmədi, Premiumu tək bir şirkət gətirdi və satdı, indi dollar bahalaşır-bahalaşacaq, "Aİ 95” xaricdən valyuta ilə alınır, ona görə də, bu növ benzinin qiymətinin qalxması təəccüblü olmayacaq. Sadəcə, bu addım olsa, bu, "Aİ 92” üçün də qiymət artımına zəmin yaradacaq. Benzin də qalxsa, kommunal xidmətlərin və dolların da bahalaşdığını nəzərə alsaq, ərzaqdan tutmuş, dərmana qədər hər şeyin qiymətinin daha da artması qaçınılmaz olacaq".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə bakipost.az-a deyib ki, "AI-92” markalı benzinin qiymətinin qalxması gözlənilmir.

Onun sözlərinə görə, "Aİ-95 Premium” markalı benzin Azərbaycana xaricdən idxal olunduğu üçün qiymətində artım baş verib: "Dolların qiyməti qalxdığı, məzənnə dəyişdiyi və manat ucuzlaşdığı üçün "Aİ-95 Premium” markalı benzinin qiymətinə təsir etdi. Nəticədə də qiymət artımı oldu. Tarif Şurası "Aİ-95 Premium”markalı benzinin qiymətini tənzimləmir. Ona görə də qiymət artdı”.

V.Əhmədov qeyd edib ki, "Aİ-92” markalı benzin Azərbaycanda istehsal olunduğundan, qiytmət artımı olmayacaq.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}