07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Prokurorluq dövlət qurumlarındakı korrupsiya hallarını araşdırıb - Siyahı
Tarix: 16-01-2017 12:10 | Bölmə: Xəbərlər

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qanunvericiliyə edilən dəyişiklikləri müsbət qiymətləndirir. Onun sözlərinə görə, bu dəyişikliklər korrupsiyaya qarşı mübarizədə müsbət rol oynayıb.

K.Əliyev ötən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan şikayətlərdən də danışıb.

İdarə rəisi deyib ki, ötən il Dövlət Təhlükəsizlik Xidmətindən 14, Fövqəladə Hallar Nazirliyindən 16, Ədliyyə Nazirliyindən 15, Daxili İşlər Nazirliyindən 15, Vergilər Nazirliyindən 48, Dövlət Gömrük Komitəsindən 3, Dövlət Sərhəd Xidmətindən 4, Baş Prokurorluqdan 5, rayon prokurorluqlarından 65, Prezident Administrasiyasından 1, Bakı Ağır Cinayətlər Məhkəməsindən 1, rayon məhkəmələrindən 37, Bələdiyyələrlə İş üzrə Mərkəzdən 23, Maliyyə Nazirliyindən 15, Səhiyyə Nazirliyindən 4, Təhsil Nazirliyindən 4, Kənd Təsərrüfatı Nazirliyindən 6, Maliyyə Bazarlarına Nəzarət Palatasından 4, İqtisadiyyat Nazirliyindən 9, Əmlak Məsələləri Komitəsindən 14, Dövlət Neft Şirkətindən 6, Dövlət İmtahan Mərkəzindən 5, bank sektorundan 23 material Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olub. Materialların əksəriyyəti barədə cinayət işi başladılıb.

Hesabat dövründə 5 prokurora cinayət işi açılıb. 3 prokuror cəzalandırılıb. Onlardan 1-i prokurorluq orqanlarından xaric edilib, 1-nə töhmət verilib, 1-i isə vəzifəsindən kənarlaşdırılıb.

 

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}